Həbsxanada 6 cı doğum günü (VİDEO) | Icma.az
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ümumilikdə 5 ildir həbsdə olan Ramin Hacılı 42 yaşını da zindanda qarşıladı Müstəqil bloger, ictimai fəal, Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı artıq 5 ildən çoxdur ki, həbsdədir.
2 sentyabr tarixində onun 42 yaşı tamam oldu. O, artıq 6-cı doğum gününü zindanda qarşılayır.
Qeyd edək ki, yekun olaraq Ali Məhkəmə tərəfindən ona təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının ümumilikdə 5 il müddətini çəkib.
Ramin Hacılının həyat yolu Hacılı Ramin Rasim oğlu (bundan sonra – Ramin Hacılı) 02 sentyabr 1983-cü il tarixində Azərbaycan SSR-nin Füzuli rayonunun Arayatılı kəndində doğulub.
1991-ci ildə Azərbaycan dövləti öz müstəqilliyini bərpa etdikdən sonra, 1993-cü ildə erməni hərbi birləşmələrinin Füzuli rayonunu işğal etməsi səbəbindən məcburi köçkün kimi ailəsi ilə birlikdə əvvəlcə İmişli rayonunda, sonra isə Bakı şəhərində məskunlaşıb və uzun müddət vaqonda yaşayıblar.
Ramin Hacılı orta təhsilini Bakı şəhəri, Nizami rayonu 220 saylı orta məktəbdə bitirib.
Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə ali təhsil alıb.
Tam oxu
Xəbəri oxu