Icma.az
close
up
RU
Həbsxanada 6 cı doğum günü (VİDEO)

Həbsxanada 6 cı doğum günü (VİDEO)

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ümumilikdə 5 ildir həbsdə olan Ramin Hacılı 42 yaşını da zindanda qarşıladı 

Müstəqil bloger, ictimai fəal, Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı artıq 5 ildən çoxdur ki, həbsdədir. 2 sentyabr tarixində onun 42 yaşı tamam oldu. O, artıq 6-cı doğum gününü zindanda qarşılayır.

Qeyd edək ki, yekun olaraq Ali Məhkəmə tərəfindən ona təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının ümumilikdə 5 il müddətini çəkib.

Ramin Hacılının həyat yolu

Hacılı Ramin Rasim oğlu (bundan sonra – Ramin Hacılı) 02 sentyabr 1983-cü il tarixində Azərbaycan SSR-nin Füzuli rayonunun Arayatılı kəndində doğulub. 1991-ci ildə Azərbaycan dövləti öz müstəqilliyini bərpa etdikdən sonra, 1993-cü ildə erməni hərbi birləşmələrinin Füzuli rayonunu işğal etməsi səbəbindən məcburi köçkün kimi ailəsi ilə birlikdə əvvəlcə İmişli rayonunda, sonra isə Bakı şəhərində məskunlaşıb və uzun müddət vaqonda yaşayıblar.

Ramin Hacılı orta təhsilini Bakı şəhəri, Nizami rayonu 220 saylı orta məktəbdə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə ali təhsil alıb. Türkiyə Cumhuriyyətində İstanbul Universitetinin, ABŞ-da Liderlik Proqramının, Malta Respublikasında ingilis dili üzrə kursun və bir çox beynəlxalq proqramın təhsillərini alıb.

R.Hacılı 2005–2006-cı illərdə Dalğa Gənclər Hərəkatının (Dalğa GH) qurucularından biri və ilk sədri olub.

R.Hacılı 2008-ci ildən etibarən Qarabağ münaqişəsi ilə bağlı bir çox mötəbər beynəlxalq konfranslarda iştirakçı və məruzəçi kimi ingilis dilində çıxışlarında, bu mövzuda yazılarında Azərbaycanın haqq səsini dünyaya çatdırıb.

R.Hacılı 2008-ci ildə Böyük Britaniyanın "İnternews” studiyası tərəfindən özünün həyat və yaradıcılığından bəhs edən "Biz nə istəyirik?” adlı sənədli filmə çəkilib. Bu film həmin il üzrə "ilin ən yaxşı sənədli filmi” nominasiyasının qalibi olub. 

R.Hacılı 2009-cu ildə Türkiyə Cumhuriyyətinin Bursa şəhərində keçirilən "Türkiyə, Azərbaycan və Ermənistan münasibətləri" adlı konfransa qatılıb. Konfransda çıxış edib və dünyanın bir çox ölkələrindən qatılan nüfuzlu media qurumlarında Qarabağ konflikti ilə bağlı mövqe bildirib. Həmin vaxt Bursa şəhərində Azərbaycan dövlət bayrağının qadağan edilməsi haqqında şəhər rəhbərliyi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi prosesində aktiv iştirak edib. Eyni zamanda Bursa şəhərində baş tutan Ermənistan - Türkiyə milli komandaları arasında keçirilən futbol matçında qadağan olunan Azərbaycan dövlət bayrağını stadiona keçirə bilib və Ermənistan prezidenti Serj Sərkisyanın önündə qaldırıb. Bu hərəkətinə görə Türkiyə polisi tərəfindən saxlanılıb və barəsində araşdırma aparıldıqdan sonra sərbəst buraxılıb.

R.Hacılı 2010-cu və 2015-ci illərdə Milli Məclisə keçirilən seçkilərdə (iki dəfə) deputatlığa namizəd olub.

R.Hacılı 2012-ci ildə Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyi olan Azərbaycan Avropa Hərəkatının sədri seçilib və Ədliyyə Nazirliyi tərəfindən həmin qurum dövlət qeydiyyatına alınıb.

R.Hacılı 2012-ci ildə Belçika Krallığında keçirilən Beynəlxalq Avropa Hərəkatının Hesabat Konqresinə qatılıb və həmin Konqresdə məsələ qaldıraraq ermənilərin yaratmış olduğu "Artsax (Qarabağ) Avropa Hərəkatı”nın ləğvinə nail olub.

R.Hacılı 2013-cü ildə ABŞ-ın "German Marşal” Fondunun dəstəyi ilə həyata keçirilən "Cənubi Qafqazda Sülh Quruculuğu” layihəsinin koordinatoru olub. Layihə çərçivəsində Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə Respublikalarından olan vətəndaş cəmiyyəti qurumları iştirak edib. İlk dəfə olaraq məhz Ramin Hacılının təşəbbüsü ilə region ölkələri ilə yanaşı Türkiyə Cumhuriyyətinin vətəndaş cəmiyyəti qurumları da Cənubi Qafqaz üzrə sülh müzakirələrinə cəlb edilib.

R.Hacılı 2013-cü ildə Beynəlxalq təşkilatların iştirakı ilə Ermənistanda "Dağlıq Qarabağ münaqişəsinin həllində Vətəndaş Cəmiyyətinin rolu” mövzusunda keçirilən müzakirələrdə Azərbaycanın təmsilçisi kimi iştirak edib və İrəvan şəhərində dövlətimizin haqlı mövqeyini müdafiə edib.

R.Hacılı 2013-2014-cü illərdə ABŞ Təhsilli Azərbaycan Məzunları Birliyinin (AAA) İdarə Heyəti üzvü olub.

R.Hacılı 2014-cü ildə "TEDx spikeri” kimi çıxış edib.

R.Hacılı 2014-cü ildə baş tutan "Qarabağ üçün oxu” sivil beynəlxalq kampaniyasının iştirakçısı olub.

R.Hacılı 2014 - 2015-ci tədris ilində ADA Universitetində Avropa Birliyi tarixindən dərs keçib.

R.Hacılı 2014-cü ilin 09 oktyabr tarixində şairə-publisist, yazıçı Aysel Əlizadə ilə ailə həyatı qurub.

R.Hacılı 2016–2018-ci illərdə təhsil və turizm sahəsində fəaliyyət göstərən "No Border" Holdinqdə icraçı direktor vəzifəsində çalışıb.

R.Hacılı 2016-cı ilin fevral ayında Fransa Xarici İşlər Nazirliyinin dəvəti ilə Paris şəhərinə səfər edib və Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə qatılaraq Azərbaycanın haqlı mövqeyini dilə gətirib.

R.Hacılı 2016-cı ilin may ayında Niderland Krallığında baş tutan Beynəlxalq Avropa Hərəkatının Hesabat Konqresinə qatılaraq mövqe çıxışı edib və "Şərq Tərəfdaşlığı Proqramının Perspektivləri” mövzusunda keçirilən Sammitdə iştirak edən Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.

R.Hacılı 2016–2017-ci illərdə Azərbaycan Avropa Hərəkatının təşəbbüsü ilə İngilis və Azərbaycan dillərində nəşr olunan "Azərbaycanı dünyada necə tanıtmalı?" jurnalının ideya müəllifi olub. 

R.Hacılı 2016-cı ildə ABŞ-da fəaliyyət göstərən Azərbaycan İcmasının təşkilatçılığı ilə Nyu-York şəhərində keçirilən "18 oktyabr – Müstəqillik Günü” tədbirlərinə qatılıb.

R.Hacılı 2016 - 2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan "Diqqət Azərbaycana!" layihəsinə rəhbərlik edib.

R.Hacılı müxtəlif illərdə dərc olunan "Alma" ictimai–siyasi qəzeti və "Üçüncü Gələcək" elmi jurnalı kimi populyar nəşrlərin yaradıcısı olub.

R.Hacılı 2017 - 2018-ci illərdə Avropa Birliyinin maliyyə yardımı və Azərbaycan dövləti tərəfindən dəstəklənən "Qız övladlarına qarşı ayrı-seçkiliyin aradan qaldırılması” layihəsinə rəhbərlik edib.

R.Hacılı 04 iyun 2018-ci il tarixindən 14 mart 2019-cu il tarixinədək (09 ay 10 gün) həbsdə saxlanıldıqdan sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tövsiyə məktubu əsasında azadlığa buraxılıb.

R.Hacılı 2019-cu ilin aprel ayından etibarən müstəqil bloger kimi fəaliyyətə başlayaraq sosial şəbəkələrdə özünün fərdi "youtube” kanalını (Ramin Hajili) və şəxsi saytını (www.raminhacili.az) yaradıb.

R.Hacılı 2019-cu ilin may ayında "Biz Qarabağı istəyirik!" kampaniyasını başladıb və 08 iyun tarixinin Qarabağ Günü kimi qeyd olunması ideyasını irəli sürüb. Dünya ictimaiyyətinin diqqətini Qarabağ Münaqişəsinə çəkmək üçün təkbaşına və piyada Bakıdan Horadiz şəhərinə kimi 293 km-lik yolu yürüş edib.

R.Hacılı 2019-cu ilin payızında Azərbaycan Respublikası Prezidentinin BMT kürsüsündən ermənilərin silahlanması ilə bağlı çıxışına dəstək üçün jurnalist araşdırması aparıb və Ermənistana daşınan silahlarla bağlı əldə etdiyi faktları öz sosial şəbəkə hesablarında eksklüziv olaraq yayımlayıb. 

R.Hacılı 2020-ci ildə baş vermiş İkinci Qarabağ Müharibəsi zamanı Horadiz şəhərinə gedərək əsgərlərə dəstək olub və həmin dövrdə beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyini müdafiə edib.

R.Hacılı 2021-ci ilin mart ayından etibarən "Bizim Media” xəbər portalında çalışıb.

R.Hacılı 2019 – 2021-ci illərdə Azərbaycan Respublikasına qarşı qara kampaniya aparan "bloger”lərə cavab olaraq öz sosial şəbəkə hesablarında mübarizə aparıb. 

R.Hacılı 2021-ci ilin 9 iyul tarixində köhnə işinə görə yenidən həbs olunub və 2024-cü ilin 28 iyun tarixində Ali Məhkəmə tərəfindən qəbul edilmiş yekun qərara əsasən o, 7 il müddətinə azadlıqdan məhrum edilib və istintaq dövründə həbsdə saxlanıldığı 9 ay 10 gün müddət ümumi cəzadan çıxılaraq üzərində 6 il 2 ay 20 gün saxlanılıb.

R.Hacılı 2023-cü ilin 27 iyul tarixindən etibarən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Ali Məhkəmə tərəfindən ona təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının ümumilikdə 5 ildən çox müddətini çəkib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see136

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see129

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see126

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see125

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see124

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see123

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see123

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see122

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see122

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri