Gununsesi saytına istinadən Icma.az xəbər verir. Azərbaycanda son günlər gündəm olan bir məsələ də məhbusların əfv olunması məsələsidir.
Dəqiq desək, Azərbaycanda Amnistiya Aktının qəbuluna ehtiyac var.
Gununsesi.infoxəbər verir ki, bunu Milli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov da deyib.
Bəs görəsən, Milli Məclisdə də müzakirəyə çıxarılmış bu məsələ öz təsdiqini tapacaqmı?
Məlumdur ki, xüsusi ilə son vaxtlar həm də siyasətçilərin, jurnalistlərin həbsi xəbərləri yayılmaqdadır.
Bu barədə xarici təşkilatlar da Azərbaycana təzyiqlər edir. O da var ki, Azərbaycan həbsxanalarında artıq sıxlıq müşahidə olunur və bu, Avro
Bəs görəsən, Amnistiya Aktının zəruriliyi barəsində nə düşünülür?
Bu barədə Gununsesi.info–ya danışan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının Əliməmməd Nuriyev deyir ki, “Ola bilsin, Amnistiya Aktınının qəbul edilməsini zəruri edən amillərdən biri də həbsxanalardakı sıxlıqdır”: “Amnistiya Aktları, adətən, müvafiq ictimai-siyasi zərurət olduqda qəbul edilir.