Icma.az
close
up
RU
Həbsxanalarda sıxlığı azaltmaq üçün “Amnistiya Aktı” qəbul ediləcəkmi? Şərh

Həbsxanalarda sıxlığı azaltmaq üçün “Amnistiya Aktı” qəbul ediləcəkmi? Şərh

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda son günlər gündəm olan bir məsələ də məhbusların əfv olunması məsələsidir.

Dəqiq desək, Azərbaycanda Amnistiya Aktının qəbuluna ehtiyac var.

Gununsesi.infoxəbər verir ki, bunu Milli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov da deyib.

Bəs görəsən, Milli Məclisdə də müzakirəyə çıxarılmış bu məsələ öz təsdiqini tapacaqmı?

Məlumdur ki, xüsusi ilə son vaxtlar həm də siyasətçilərin, jurnalistlərin həbsi xəbərləri yayılmaqdadır.

Bu barədə xarici təşkilatlar da Azərbaycana təzyiqlər edir.

O da var ki, Azərbaycan həbsxanalarında artıq sıxlıq müşahidə olunur və bu, Avropa Şurasının hesabatlarında da göstərilir.

Bəs görəsən, Amnistiya Aktının zəruriliyi barəsində nə düşünülür?

Bu barədə Gununsesi.info–ya danışan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının Əliməmməd Nuriyev deyir ki, “Ola bilsin, Amnistiya Aktınının qəbul edilməsini zəruri edən amillərdən biri də həbsxanalardakı sıxlıqdır”:

 “Amnistiya Aktları, adətən, müvafiq ictimai-siyasi zərurət olduqda qəbul edilir. Azərbaycada son Amnistiya Aktı 2021-ci ildə 8 Noyabr- Zəfər Günü münasibəti ilə qəbul edilib. Bu, qələbə münasibəti il Zəfər Amnistiyası adlanırdı, qələbəmizin il dönümünə həsr olunmuşdu və 17 min 500 şəxsə şamil edilmişdi. Belə ki, məhkumların bir çoxunun cəzası azaldılmışdı, bəziləri cinayət məsuliyyətindən azad edilmişdi, bəzilərinin də cəzasının qalan hissəsi bağışlanılmışdı. Ümumiyyətlə, 95-ci ildən bu günə qədər Azərbaycanda 13 Amnistsiya Aktı qəbul edilmişdir ki, bu da ümumilikdə 157 min şəxsə şamil edilib.”

Əliməmməd Nuriyev bildirir ki, “Azərbaycan dövlətinin hüquqi təbiətinin əsası qanunun aliliyi, ədalət prinsipi, humanizm və mərhəmət prinsipinə söykənmişdir”:

“Amnistisya Aktlarının qəbul edilməsinin zərurəti onunla bağlıdır ki, ilk növbədə Azərbaycan cəzaların humanistləşdirilməsi istiqamətində mühüm addımlar atır. Bu, həm Cənab Prezidentin imzaladığı əfv sərəncamlarında, həm də eyni zamanda Amnistiya Aktlarının qəbul edilməsində öz əksini tapıb. Ümumi götürsək, Azərbaycan dövlətinin hüquqi təbiətinin əsası qanunun aliliyi, ədalət prinsipi, humanizm və mərhəmət prinsipinə söykənmişdir. Cəzanın humanistləşdirilməsi də bütövlükdə cəza siyasətinin əsas prinsiplərindən biridir. Bunun qəbul edilməsini zəruri edən amillərdən biri də, ola bilsin ki, həbsxanalardakı sıxlıqdır. Bilirsiniz ki, cəzaçəkmə müəssisələrində hal-hazırda 20 mindən artıq şəxs cəza çəkir və eyni zamanda, azadlıqdan məhrumetmə ilə əlaqədər olmayan cəzalarla məhkum edilmiş şəxslərin sayı heç də az deyil. Əlbəttə, sıxlığın azaldılması üçün Amnistiya Aktı çıxış edə bilər, amma son illərdə həm də sıxlığın azaldılaması ilə bağlı əhəmiyyətli fəaliyyətlər həyata keçirilmişdir. Həbsxana infrastrukturunun genişləndirilməsi, yeni həbsxanaların tikilməsi də daim gündəmdədir. Ötən illər ərzində Lənkəranda müasir tipli, hibrit cəzaçəkmə müəssisəi istifadəyə verilib. Ondan əvvəl Qumbaşıda yenə də hibrit cəzaçəkmə müəssisəsi istifadəyə verilib. Əvvəlki illərdə isə Şəki şəhərində və Naxçıvanda oxşar yeni tipli cəzaçəkmə müəssisələri yaradılıb. Bu da heç şübhəsiz ki, cəzaçəkmə müəssisələrində məhkum yükünün azaldılmasına gətirib çıxardan amillərdəndir. Digər tərəfdən isə mütəmadi olaraq cəzaçəkmə müəssisələrində daim yenidənqurma işləri gedir. Buraya daxildir: Yataqxanaların genişləndirilməsi istiqamətində yenitikililər inşa edilir, infrastruktur yenilənir. Başqa bir məsələ, əlbəttə, Amnistiya Aktının həm də əsas məqsədlərindən biri də, cinayət əməlindən peşman olan, kiçik və ilk dəfə cinayət törədən şəxslərin vaxtından əvvəl cəzadan azad edilməsinə nail olmaqdır ki, onlar cəmiyyətə mümkün qədər tez inteqrasiya olsunlar. Amnistiya Aktları bəzi ölkələrdə Milli bayramlar, hansısa əlamətdar günlərdə yumşalma, humanizm jesti kimi qiymətləndirilir. Burada eyni zamanda bir sıra amillərə də diqqət yetirilməlidir. Yəni, bunun kimlərə şamil edilməyi də mühüm məsələdir. Ona görə də buna uyğun mexanizm qurulmalıdır. Eyni zamanda isə bu akt hazırlanarkən, düşünürəm ki, əfv ümumi akt olduğu üçün hər bir məhkumun cəzasından ən azı bir il, altı ay götürülməsinə xidmət etsin. Çünki bu da humanizm məqsədlərinə xidmət edir. Milli Məclisdə də bu məsələnin səsləndirilməsini pozitiv qeyd edirik”

 

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Fevral 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri