“Heç kim məhkəmələrə barmağını göstərə bilməz”

23.01.2025

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Özünü qanun qarşısında toxunulmaz görənlər, heç kimin qanundan üstün olmadığını öyrənəcəklər”.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Məhkəmə İslahatları Strategiyasının Təşviq Toplantısı”nda çıxışı zamanı deyib.

O bildirib ki, hər kəs öz əməlinə görə müstəqil Türkiyə məhkəmələri qarşısında cavab verməlidir. 

“Heç kim ədliyyə işçilərinə hədə-qorxu gələ, təzyiq göstərə, bizim ədliyyə orqanlarına barmaq göstərə bilməz. Müxalifət lideri olsanız belə, təhdid edə bilməzsiniz. Heç kim qanundan üstün deyil. Cinayət törədənlər kimliyindən asılı olmayaraq, müstəqil Türkiyə məhkəmələri qarşısında etdiklərinə görə cavab verməlidirlər”, - deyə Ərdoğan qeyd edib.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью