“Heç kim məhkəmələrə barmağını göstərə bilməz”
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Özünü qanun qarşısında toxunulmaz görənlər, heç kimin qanundan üstün olmadığını öyrənəcəklər”.
Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Məhkəmə İslahatları Strategiyasının Təşviq Toplantısı”nda çıxışı zamanı deyib.
O bildirib ki, hər kəs öz əməlinə görə müstəqil Türkiyə məhkəmələri qarşısında cavab verməlidir.
“Heç kim ədliyyə işçilərinə hədə-qorxu gələ, təzyiq göstərə, bizim ədliyyə orqanlarına barmaq göstərə bilməz. Müxalifət lideri olsanız belə, təhdid edə bilməzsiniz. Heç kim qanundan üstün deyil. Cinayət törədənlər kimliyindən asılı olmayaraq, müstəqil Türkiyə məhkəmələri qarşısında etdiklərinə görə cavab verməlidirlər”, - deyə Ərdoğan qeyd edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 23 Yanvar 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















