Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şahanə MÜŞFİQTeleviziyada göstərilən xəbər: bir ata dağıntılar altından qızının oyuncağını çıxarır.
Digər kanalda gözlərində yaş donmuş bir uşaq əlində telefon, nəyisə çəkir. Biz baxırıq.
Əvvəl dodaqlarımızda "ah" səslənir, heyifsilənirik, sonra kanalı dəyişirik. Sanki heç nə olmamış kimi həyat davam edir.
Sanki bu ağrılar daha bizə təsir etmir. Halbuki bu, artıq yalnız hadisələrin çoxluğundan deyil, əsasən, hisslərin azlığındandır.
Duyğuların "paslanması", insan beyninin özünü qoruma mexanizmidir.
İnsan ağrıya davamlı baxa bilmir, onun sinir sistemi bir yüklənmədən sonra reaksiya verməyi dayandırır.
Bir növ "emosional müdafiə divarı" qurulur. Hər yeni hadisə az müddət sonra beyindən silinir.