“Heç vaxt deməzdi ki, məndə bu problem var”

05.01.2025

Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Heç vaxt deməzdi ki, məndə bu problem var”

Aktyor Ramil Babayev bu gün vəfat edən dostu Azər Baxşəliyevin dəfnində onunla bağlı açıqlama verib.

Bu barədə OLAY-a danışan Ramil kədərini bölüşüb:

“Bəlkə də həyata bir də elə adam gəlməz. Ürəyi o qədər təmiz idi,   heç kimə pislik etməzdi. Həmişə deyib-gülürdü. Aramızda ən kiçik olsa da, ən ağsaqqalımız o idi. Deyirdi, bu düzdür, gəlin, belə edək... Allahdan möcüzə gözləyirdik, o da olmadı, inanmırdıq ki, Azəri itirərik. Yeri cənnətlik olsun. Böyrək çatışmazlığı var idi, beyninə də qan sızıb, heç vaxt deməzdi ki, məndə bu problem var. Çəkilişdə xəstələnəndə deyirdik ki, Azər, bu dərmanı iç. Deyirdi ki, hər şey yaxşıdır. Axırda da heç kimə inciklik vermədən getdi”.

Rəşad Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью