“Heç vaxt deməzdi ki, məndə bu problem var”
Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Heç vaxt deməzdi ki, məndə bu problem var”
Aktyor Ramil Babayev bu gün vəfat edən dostu Azər Baxşəliyevin dəfnində onunla bağlı açıqlama verib.
Bu barədə OLAY-a danışan Ramil kədərini bölüşüb:
“Bəlkə də həyata bir də elə adam gəlməz. Ürəyi o qədər təmiz idi, heç kimə pislik etməzdi. Həmişə deyib-gülürdü. Aramızda ən kiçik olsa da, ən ağsaqqalımız o idi. Deyirdi, bu düzdür, gəlin, belə edək... Allahdan möcüzə gözləyirdik, o da olmadı, inanmırdıq ki, Azəri itirərik. Yeri cənnətlik olsun. Böyrək çatışmazlığı var idi, beyninə də qan sızıb, heç vaxt deməzdi ki, məndə bu problem var. Çəkilişdə xəstələnəndə deyirdik ki, Azər, bu dərmanı iç. Deyirdi ki, hər şey yaxşıdır. Axırda da heç kimə inciklik vermədən getdi”.
Rəşad Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 05 Yanvar 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















