Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır. Bakı, 17 dekabr, AZƏRTAC Son illərdə aparılan elmi araşdırmalar bağırsaq sağlamlığı
Bu araşdırmaların əsas nəticələrindən biri beyin və bağırsaqlar arasındakı əlaqənin sağlamlıq baxımından əhəmiyyətini göstərməsidir.
Mütəxəssislər xüsusilə həddindən artıq stresin bağırsaq funksiyalarını pozduğunu və qıcıqlanmış bağırsaq sindromu (İBS) kimi problemlərin yaranmasına səbəb olduğunu vurğulayırlar.AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, türkiyəli professor dr.
Ayhan Hilmi Çekin, bağırsaqlardakı faydalı bakteriyaların immunitetin gücləndirilməsində və bir çox xəstəliklərə qarşı qorunmada əhəmiyyətli rol oynadığını bildirir.
O, irritabl bağırsaq sindromunun bu sahədə ən çox rast gəlinən problemlərdən biri olduğunu vurğulayıb.
Qeyd edib ki, İBS həyati təhlükə yaratmasa da, təkrarlanan qarın ağrısı, köp, şişkinlik, ishal və ya qəbizlik kimi əlamətlərlə insanın sosial və iş həyatına mənfi təsir göstərə bilər.Professor bildirib ki, İBS əlamətləri stresin təsiri ilə daha da güclənə bilər: “Bağırsaq hərəkətlərindəki həssaslıq, stresin təsiri ilə sürətlənə və ya ləngiyə bilər.
Bunun nəticəsində ishal, qəbizlik və şişkinlik kimi narahatlıqlar yaranır. Lakin İBS-nin xərçəngə çevrilmə riski yoxdur.
Buna baxmayaraq, oxşar simptomlar digər xəstəliklərdə də müşahidə olunduğu üçün mütləq mütəxəssis tərəfindən diaqnoz qoyulmalıdır.