Icma.az
close
up
RU
Həddindən artıq stresin bağırsaq sağlamlığına təsiri ortaya çıxıb AZƏRTAC

Həddindən artıq stresin bağırsaq sağlamlığına təsiri ortaya çıxıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 17 dekabr, AZƏRTAC

Son illərdə aparılan elmi araşdırmalar bağırsaq sağlamlığının insan orqanizmindəki ümumi sağlamlıq vəziyyətinə birbaşa təsir göstərdiyini ortaya çıxarıb. Bu araşdırmaların əsas nəticələrindən biri beyin və bağırsaqlar arasındakı əlaqənin sağlamlıq baxımından əhəmiyyətini göstərməsidir. Mütəxəssislər xüsusilə həddindən artıq stresin bağırsaq funksiyalarını pozduğunu və qıcıqlanmış bağırsaq sindromu (İBS) kimi problemlərin yaranmasına səbəb olduğunu vurğulayırlar.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, türkiyəli professor dr. Ayhan Hilmi Çekin, bağırsaqlardakı faydalı bakteriyaların immunitetin gücləndirilməsində və bir çox xəstəliklərə qarşı qorunmada əhəmiyyətli rol oynadığını bildirir. O, irritabl bağırsaq sindromunun bu sahədə ən çox rast gəlinən problemlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, İBS həyati təhlükə yaratmasa da, təkrarlanan qarın ağrısı, köp, şişkinlik, ishal və ya qəbizlik kimi əlamətlərlə insanın sosial və iş həyatına mənfi təsir göstərə bilər.

Professor bildirib ki, İBS əlamətləri stresin təsiri ilə daha da güclənə bilər: “Bağırsaq hərəkətlərindəki həssaslıq, stresin təsiri ilə sürətlənə və ya ləngiyə bilər. Bunun nəticəsində ishal, qəbizlik və şişkinlik kimi narahatlıqlar yaranır. Lakin İBS-nin xərçəngə çevrilmə riski yoxdur. Buna baxmayaraq, oxşar simptomlar digər xəstəliklərdə də müşahidə olunduğu üçün mütləq mütəxəssis tərəfindən diaqnoz qoyulmalıdır. İBS-nin simptomları fərdlər arasında fərqli formalarda özünü göstərə bilər. Süd məhsulları, çörək, makaron məmulatları, paxlalılar, soğan, sarımsaq və qazlı içkilər bəzi insanlarda simptomları artıra bilər. Bu səbəbdən xəstələrə qida gündəliyi tutmaq və hansı qidaların narahatlıq yaratdığını müəyyənləşdirmək tövsiyə olunur. İBS xəstələrinə qızardılmış və ədviyyatlı qidalardan çəkinmək də tövsiyə edilir. İBS-nin müalicəsi təkcə dərmanlarla məhdudlaşmır. Yüngül simptomları olan xəstələrdə pəhriz və həyat tərzi dəyişiklikləri kifayətdir. Yoqa, meditasiya, nəfəs məşqləri və hobbi ilə məşğul olmaq stresi azaldaraq İBS simptomlarını yüngülləşdirə bilər. Daimi fiziki fəaliyyət də bağırsaq hərəkətlərinin tənzimlənməsində mühüm rol oynayır. Gəzinti, üzgüçülük və yüngül fiziki məşqlərin müsbət təsirləri olsa da, həddindən artıq fiziki yüklənmə bəzi xəstələrdə simptomları artıra bilər. Bu səbəbdən balanslı məşq planına riayət etmək tövsiyə olunur.

Bağırsaq hərəkətlərini tənzimləmək, qida rasionunu nəzarətdə saxlamaq və stressi idarə etmək İBS simptomlarının yüngülləşdirilməsində əsas amillərdir. Bu vəziyyətdə fərdi yanaşma tələb olunur və mütəxəssis nəzarəti ilə həyat tərzi və pəhriz dəyişiklikləri, həmçinin probiotiklərdən istifadə ilə simptomların idarə olunması mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 08:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri