Cebheinfo saytına istinadən Icma.az xəbər verir. “Rusiya və ABŞ arasında Ukrayna müharibəsi ilə bağlı müəyyən razılaşma əldə olunandan sonra
Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cümhuriyət”-ə açıqlamasında deyib.
O bildirib ki, bundan sonrakı vəziyyətin necə olacağını və regiona təsirini zaman göstərəcək: “Rusiya bundan sonra daha da ruhlana bilər.
Lakin Rusiya ilə ABŞ arasında razılığın əldə olunması və hansısa sənədin imzalanması üçün çox uzun müddət lazım olacaq.
Hətta onun Rusiyanın istədiyi səviyyədə olmayacağını düşünürəm.
Əksinə, hansısa sənədin imzalanması qətiyyən Rusiyanın əlini-qolunu açmayacaq.
Çünki bu ölkəyə qarşı təzyiqlər və sanksiyalar hələ də davam edir.
Eyni zamanda, Avropa da rəsmi Moskvaya qarşı mövqeyindən qətiyyən geri çəkilməyib”.