Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Hədəfdə İrəvan var? Putin və Tramp arasında “Ermənistan razılaşması”

Hədəfdə İrəvan var? Putin və Tramp arasında “Ermənistan razılaşması”

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Rusiya və ABŞ arasında Ukrayna müharibəsi ilə bağlı müəyyən razılaşma əldə olunandan sonra hadisələrin hansı istiqamətdə gedəcəyi maraq doğurur”.

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cümhuriyət”-ə açıqlamasında deyib. 

O bildirib ki, bundan sonrakı vəziyyətin necə olacağını və regiona təsirini zaman göstərəcək:

“Rusiya bundan sonra daha da ruhlana bilər. Lakin Rusiya ilə ABŞ arasında razılığın əldə olunması və hansısa sənədin imzalanması üçün çox uzun müddət lazım olacaq. Hətta onun Rusiyanın istədiyi səviyyədə olmayacağını düşünürəm. Əksinə, hansısa sənədin imzalanması qətiyyən Rusiyanın əlini-qolunu açmayacaq. Çünki bu ölkəyə qarşı təzyiqlər və sanksiyalar hələ də davam edir. Eyni zamanda, Avropa da rəsmi Moskvaya qarşı mövqeyindən qətiyyən geri çəkilməyib”. 

Partiya sədrinin sözlərinə görə, Rusiyanın Ukraynadan sonrakı hədəfi Ermənistan ola bilər:

“Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında Ermənistanla bağlı hansısa razılaşma əldə oluna bilər. Nəzərə almaq lazımdır ki, Ermənistanda hakim mövqedə olan qüvvə hazırda ABŞ-dir. Rəsmi Vaşinqtonun icazəsi ilə ruslar tərəfindən Ermənistanda hansısa addımların atılması mümkündür. Həmçinin, Kreml Gürcüstanda da müəyyən təşəbbüslər edir. Yəqin ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və onun komandası Rusiyanın gözlənilən hücumu barədə təhlükəni hiss edirlər”. 

Həmsöhbətimiz qeyd edib ki, İrəvan hakimiyyəti yaranmış vəziyyətdə müəyyən məsələləri nəzərə almalıdır:

“Çünki Rusiya ABŞ ilə münasibətlərinin normallaşmasından Ermənistandakı mövqelərini möhkəmləndirmək üçün istifadə edə bilər. Belə bir ehtimal var. Yaxın perspektivdə hadisələr bu istiqamətdə cərəyan edə bilər. Artıq Ermənistanın daxilindəki müəyyən qüvvələr fəallaşıb.

Məsələn, Robert Köçəryan və onun komandasında ciddi fəallıq hiss olunur. Görünür ona Moskvadan təlimat gəlib. Köçəryanın özü, oğlu və ya başqası Rusiyaya arxalanaraq Paşinyana qarşı hansısa addımlar ata bilər. Ona görə də Paşinyan bu qədər axtarışdadır və hər yerdən əli üzülüb”. 

Akif Nağı diqqətə çatdırıb ki, Paşinyana həm ABŞ istədiyi dəstəyi vermir, həm də Rusiya ilə münasibətləri pozulub:

“Həmçinin, çox güvəndiyi Fransa da ona ciddi kömək edə bilmir. Yəni Ermənistan bu təhlükəni hiss etdiyi üçün Avropaya yaxın mövqe tutdu. Hətta İrəvan rəsmiləri Ukrayna məsələsi ilə bağlı Avropa ilə eyni mövqeni bölüşdülər. Təbii ki, bu addımlar da Kremli qıcıqlandırır.

Əslində, bunlar Ermənistan kimi balaca dövlət üçün həddindən artıq riskli addımlardır. Çünki onlardan kimin mövqeyini dəstəklədiyini soruşan yoxdur. Ümumiyyətlə, Ermənistanın mövqeyindən heç nə aslı deyil. Əksinə, belə hərəkətlərlə ABŞ-ni də özlərinə qarşı qıcıqlandıra bilərlər”. 

Siyasətçi əlavə edib ki, Paşinyan yenə də səhv yerdə özünə dayaq axtarır:

“O, Avropanın dəstəyini qazanmağa çalışır. Hərçənd ki, Avropa da öz problemlərini həll etmək iqtidarında deyil. Düşünürəm ki, Paşinyanın güvəndiyi Avropa ölkələri ABŞ-nin və ya Rusiyanın qarşısında dayanmaq iqtidarında deyil. Onlar mənasız bəyanatlardan o tərəfə gedə bilməyəcəklər.

Ermənistan doğru siyasət yürütsəydi, Azərbaycan və Türkiyə ilə yaxınlaşardı. İrəvan hakimiyyəti Bakının şərtləri daxilində sülh müqaviləsini imzalamalıdır. Ermənistan üçün yeganə çıxış yolu bundan ibarətdir. Lakin onlar hələ də bu reallığı dərk etmir və ya başa düşmək istəmirlər.

Fikrimcə, Ermənistana qarşı Rusiyadan real təhlükə yaransa, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağa can atacaq. Çünki regiondakı bütün məsələlər Türkiyə və Azərbaycanla razılaşdırılmalıdır. Amma buna baxmayaraq, hazırkı vəziyyətdə Ermənistan hakimiyyətinin reallığı dərk etmədiyi görünür”. 

Elmir Mustafa
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Fevral 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri