Hədiyyələr qanuni işlərə qanunsuz donu geyindirər | Icma.az
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bazar iqtisadiyyatına keçid korrupsiyanın təzahür formalarından biri kimi vəzifəli şəxsin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə hallarının artması ilə müşahidə olunur.
İqtisadi həyatda xüsusi mülkiyyətə yer ayrılması, varlılar təbəqəsinin üzə çıxması və onların dövlət məmurlarına qarşı münasibətdə müqayisə olunmayan dərəcədə yüksək maddi təminatı, kadrların seçilməsində, yerləşdirilməsində və təyin olunmasında dövlət nəzarətinin lazımi səviyyədə olmaması, hüquq mədəniyyətinin və hüquqi şüurun yüksəldilməsi sahəsində təbliğat işlərinin aparılmaması korrupsiyanı doğuran amillərdəndir.
Korrupsiya, şəxsi mənafeyi əsas tutaraq varlanmaq məqsədilə vəzifəli şəxslər tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə xarakterizə olunan və bir çox hallarda isə az qala onların həyat tərzinə çevrilən, nəticə etibarilə idarəetmə sistemini iflic vəziyyətə salan, ictimai həyatın ən eybəcər formasıdır.
İqtisadi sahədə korrupsiya ədalətli rəqabətin pozulmasına, kölgə iqtisadiyyatının inkişaf etməsinə, gəlirlərin vergidən yayınmasına, investisiya qoyuluşunun, qiymətli kağızlar, sığorta və maliyyə bazarının inkişafının ləngiməsinə səbəb olur.
Yeni iqtisadi münasibətlərə - bazar iqtisadiyyatına keçid mərhələsində korrupsiya öz miqyası ilə diqqəti cəlb edir.
O iqtisadiyyata əhəmiyyətli dərəcədə ziyan vurur, hökumət səviyyəsində qəbul edilmiş qərarların səmərəsini və vətəndaşların dövlət hakimiyyətinə olan etimadını zəiflədir, məhkəmə sistemində qanunsuz qərarların qəbul edilməsinə, ictimai həyatın və dövlət həyatının bütün sahələrində (təhsil, mədəniyyət, Silahlı Qüvvələr, elm, incəsənət, siyasət və s.) özbaşınalığın baş almasına səbəb olur.
Bütün bunlar öz növbəsində dövlətin daxili və xarici siyasətinə öz mənfi təsirini göstərməyə bilməz.
Tam oxu
Xəbəri oxu