Həkim: Yay olsa da buzlu içkilərdən istifadəni məhdudlaşdırmaq yaxşı olar | Icma.az
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq. Son günlər ölkədə temperaturun qəfil yüksəlməsi insan sağlamlığına təsir göstərən əsas am
Havanın kəskin dəyişməsi ürək-damar, tənəffüs və sinir sistemi üçün əlavə risk yaradır.
Həkimlərin sözlərinə görə, belə şəraitdə orqanizm yeni iqlim rejiminə uyğunlaşmaqda çətinlik çəkir və bu, baş ağrısı, halsızlıq, təzyiqin dəyişməsi, eləcə də yuxu pozğunluqları ilə müşahidə oluna bilər.Mövzu ilə bağlı həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, son zamanlar hədsiz dərəcədə, yoxlanışdan keçən pasiyentlərimiz çoxalıb:“Qulaq ağrısı, qrip, pnevmoniya halları çoxalıb.
Çox təəssüf ki, bu, bir göstəricidir ki, yetərincə Azərbaycan xalqı hava keçidlərinə nə fiziki, nə də mənəvi olaraq hazır deyil.
Buna görə də burada diqqət edilməli vacib nüans odur ki, biz hər hava şəraitinə uyğunlaşmalıyıq.
Geyimimiz də havaya uyğun olmalıdır istidə yüngül, soyuqda isti geyim.
Əgər hər hansı bir narahatçılıq varsa, öncə pnevmoniya və qripi bir-birindən ayırmaq lazımdır.
Əgər təngnəfəslik dərəcəsi artırsa və temperatur aşağı düşmürsə, bu artıq qrip deyil, pnevmoniyaya çevrilə bilər.
Tam oxu
Xəbəri oxu