Icma.az
close
up
RU
Həkim: Yay olsa da buzlu içkilərdən istifadəni məhdudlaşdırmaq yaxşı olar

Həkim: Yay olsa da buzlu içkilərdən istifadəni məhdudlaşdırmaq yaxşı olar

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Son günlər ölkədə temperaturun qəfil yüksəlməsi insan sağlamlığına təsir göstərən əsas amillərdən birinə çevrilib. Havanın kəskin dəyişməsi ürək-damar, tənəffüs və sinir sistemi üçün əlavə risk yaradır. Həkimlərin sözlərinə görə, belə şəraitdə orqanizm yeni iqlim rejiminə uyğunlaşmaqda çətinlik çəkir və bu, baş ağrısı, halsızlıq, təzyiqin dəyişməsi, eləcə də yuxu pozğunluqları ilə müşahidə oluna bilər.
Mövzu ilə bağlı həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, son zamanlar hədsiz dərəcədə, yoxlanışdan keçən pasiyentlərimiz çoxalıb:
“Qulaq ağrısı, qrip, pnevmoniya halları çoxalıb. Çox təəssüf ki, bu, bir göstəricidir ki, yetərincə Azərbaycan xalqı hava keçidlərinə nə fiziki, nə də mənəvi olaraq hazır deyil. Buna görə də burada diqqət edilməli vacib nüans odur ki, biz hər hava şəraitinə uyğunlaşmalıyıq. Geyimimiz də havaya uyğun olmalıdır istidə yüngül, soyuqda isti geyim. Əgər hər hansı bir narahatçılıq varsa, öncə pnevmoniya və qripi bir-birindən ayırmaq lazımdır. Əgər təngnəfəslik dərəcəsi artırsa və temperatur aşağı düşmürsə, bu artıq qrip deyil, pnevmoniyaya çevrilə bilər. Ona görə də dərhal təcili yardıma müraciət olunmalıdır. Hətta adi qrip halında belə, ailə həkimi ilə məsləhətləşmə tövsiyə olunur. Özbaşına hər hansı bir preparat qəbul etmək doğru deyil”. 
Həkim əlavə edib ki, səhv diaqnoz və səhv müalicə vəziyyəti daha da ağırlaşdıra bilər:

“Mümkün qədər soyuq içkilərdən uzaq durmaq lazımdır. Yayda belə olsa, buzlu içkilərdən istifadəni məhdudlaşdırmaq yaxşı olar. Xüsusilə simptomlu vəziləri olan insanlarda, angina riski olanlarda bu proses daha da ciddiləşə bilər. Havanın qeyri-sabit keçməsi, istinin və soyuğun tez-tez dəyişməsi, kondisionerlər və digər xarici faktorlar orqanizmə müsbət təsir göstərmir. İsti havanın yeganə faydası D vitamini qəbuludur. Lakin bu zaman da mütləq qoruyucu vasitələr  istifadə olunmalı, günün ən isti saatlarında  birbaşa günəş altında olmaqdan çəkinmək lazımdır. Bu saatlarda dəri yanıqları və digər zərərlər yarana bilər. İsti hava, nəqliyyatda sıxlıq, içəridə kondisioner, çöldə isə güclü istilik insan orqanizminə mənfi təsir göstərir. Bu keçidli havalara cəmiyyət olaraq tam uyğunlaşmamışıq. Ən çox zərər görənlər şəkərli diabet, yüksək təzyiq, astma, 60 yaşdan yuxarı şəxslərdir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 İyul 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri