Həkimdən uşaq xəstə olanda “ChatGPT”dən məsləhət alanlara ÇAĞIRIŞ

20.08.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Uşaq xəstə olanda bir çoxları pediatra, bir çoxları isə "ChatGPT"yə müraciət edir. Əlbəttə ki, ən doğrusu uşaq xəstə olanda birinci pediatrla məsləhətləşməkdir. “ChatGPT”dən məsləhət almağımızın bir ziyanı varmı? Əlbəttə ki, uşağın xəstəliyini araşdırmağınızın, informasiya toplamağınızın, məlumatlanmağınızın heç bir ziyanı yoxdur. Amma nəticədə həkim nə deyirsə, onu etməyinizdə fayda var. “ChatGPT” özü də verdiyi bütün tövsiyələrin sonunda “Ən doğrusu pediatrla məsləhətləşməyinizdir” deyir".

Redaktor.az xəbər verir ki, bu sözləri həkim-pediatr Günay Rəsulova sosial media paylaşımında deyib.

Onun sözlərinə görə, uşaq xəstə olanda, əlbəttə ki, ilk pediatrla əlaqə saxlamağınız, şikayətləri bildirməyiniz lazımdır:

"Çünki bəzən elə şikayətlər ola bilər ki, siz heç vaxt itirmədən həkimə müraciət etməlisiniz. Bəzən də bir gün, iki gün gözləmək olar. Ona artıq pediatrınız qərar verəcək və siz də onunla birlikdə, onun bələdçiliyi ilə uşağınız xəstə olan zaman ona ilk yardım edə bilərsiniz.

Evdə mütləq ilk yardım vasitələriniz olmalıdır. Qızdırmasalıcı, temperaturölçəniniz, varsa, məsələn, bir probiotik paketiniz, allergiyaya qarşı hər hansı bir damlanız, krem və s. Bunlar olmalıdır ki, həkim məsləhət biləndə, telefonla uzaqdan tövsiyə edəndə ilk yardım kimi uşağa verəsiniz. Amma yenə də pediatra müraciət etmək bu vəziyyətdə mütləqdir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью