Həkimdən uşaq xəstə olanda “ChatGPT”dən məsləhət alanlara ÇAĞIRIŞ
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"Uşaq xəstə olanda bir çoxları pediatra, bir çoxları isə "ChatGPT"yə müraciət edir. Əlbəttə ki, ən doğrusu uşaq xəstə olanda birinci pediatrla məsləhətləşməkdir. “ChatGPT”dən məsləhət almağımızın bir ziyanı varmı? Əlbəttə ki, uşağın xəstəliyini araşdırmağınızın, informasiya toplamağınızın, məlumatlanmağınızın heç bir ziyanı yoxdur. Amma nəticədə həkim nə deyirsə, onu etməyinizdə fayda var. “ChatGPT” özü də verdiyi bütün tövsiyələrin sonunda “Ən doğrusu pediatrla məsləhətləşməyinizdir” deyir".
Redaktor.az xəbər verir ki, bu sözləri həkim-pediatr Günay Rəsulova sosial media paylaşımında deyib.
Onun sözlərinə görə, uşaq xəstə olanda, əlbəttə ki, ilk pediatrla əlaqə saxlamağınız, şikayətləri bildirməyiniz lazımdır:
"Çünki bəzən elə şikayətlər ola bilər ki, siz heç vaxt itirmədən həkimə müraciət etməlisiniz. Bəzən də bir gün, iki gün gözləmək olar. Ona artıq pediatrınız qərar verəcək və siz də onunla birlikdə, onun bələdçiliyi ilə uşağınız xəstə olan zaman ona ilk yardım edə bilərsiniz.
Evdə mütləq ilk yardım vasitələriniz olmalıdır. Qızdırmasalıcı, temperaturölçəniniz, varsa, məsələn, bir probiotik paketiniz, allergiyaya qarşı hər hansı bir damlanız, krem və s. Bunlar olmalıdır ki, həkim məsləhət biləndə, telefonla uzaqdan tövsiyə edəndə ilk yardım kimi uşağa verəsiniz. Amma yenə də pediatra müraciət etmək bu vəziyyətdə mütləqdir".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 20 Avqust 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















