Həkimlər belə şoka düşdü: Ürəyi 14 dəqiqə dayanan qadın körpəsini dünyaya gətirib | Icma.a…
Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq. 30 yaşlı Nataşa Sokunbi hamiləliyinin son həftələrində qəfil pisləşib və infarkt keçirib.
Xəstəxanaya aparılan zaman ürəyi 14 dəqiqə dayanıb, amma həkimlər onu yaşatmağa və eyni zamanda körpəsini dünyaya gətirməyə çalışıblar.
Sonra baş verənlər həqiqətən möcüzə olub. Sfera.az həkimləri belə şoka salan hadisənin təfərrüatlarını təqdim edir.
Hamiləliyinin 37-ci həftəsində olan Nataşa dekabrın 3-də qəfildən döş qəfəsində ağrılar və nəfəs darlığı hiss edib.
Vəziyyətinin ciddiliyini anlayan qadın təcili yardım çağırıb və xəstəxanaya getməyi məsləhət görüb.
Amma xəstəxanaya çatmamış o, infarkt keçirib və təcili yardım otağının qarşısında yıxılıb.
Həkimlər cəld hərəkətə keçərək onu həyata qaytarmağa çalışır, eyni zamanda doğuma hazırlıq görürlər.
Nataşanın ürəyi 14 dəqiqə dayanıb və o, klinik olaraq ölü hesab edilib.
Tam oxu
Xəbəri oxu