Icma.az
close
up
RU
Həkimlər belə şoka düşdü: Ürəyi 14 dəqiqə dayanan qadın körpəsini dünyaya gətirib

Həkimlər belə şoka düşdü: Ürəyi 14 dəqiqə dayanan qadın körpəsini dünyaya gətirib

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

30 yaşlı Nataşa Sokunbi hamiləliyinin son həftələrində qəfil pisləşib və infarkt keçirib. Xəstəxanaya aparılan zaman ürəyi 14 dəqiqə dayanıb, amma həkimlər onu yaşatmağa və eyni zamanda körpəsini dünyaya gətirməyə çalışıblar. Sonra baş verənlər həqiqətən möcüzə olub.

Sfera.az həkimləri belə şoka salan hadisənin təfərrüatlarını təqdim edir.

Hamiləliyinin 37-ci həftəsində olan Nataşa dekabrın 3-də qəfildən döş qəfəsində ağrılar və nəfəs darlığı hiss edib. Vəziyyətinin ciddiliyini anlayan qadın təcili yardım çağırıb və xəstəxanaya getməyi məsləhət görüb.

Amma xəstəxanaya çatmamış o, infarkt keçirib və təcili yardım otağının qarşısında yıxılıb.

Həkimlər cəld hərəkətə keçərək onu həyata qaytarmağa çalışır, eyni zamanda doğuma hazırlıq görürlər. Nataşanın ürəyi 14 dəqiqə dayanıb və o, klinik olaraq ölü hesab edilib.

Həkimlər Nataşanı əməliyyata aparıblar və təcili qeysəriyyə əməliyyatı ediblər. Bu vaxt bir komanda Nataşaya ürək masajı edərkən, digər komanda körpəni onun bətnində dünyaya gətirməyə çalışıb.

Bir neçə dəqiqəlik intensiv müdaxilədən sonra balaca Beau (Beo) dünyaya gözlərini açıb. Ancaq Nataşa hələ də həyat və ölüm arasındakı nazik xəttdə olub. 30 dəqiqəlik mübarizədən sonra həkimlər onu həyata qaytararaq süni tənəffüs aparatına qoşublar.

Ertəsi gün Nataşa reanimasiyada oyananda həyat yoldaşının əlində şəkil yanında dayandığını görüb. O, fotodakı balaca körpəni göstərərək: “Qızın var!" deyib. Nataşa bunu deyəndə şoka düşüb. Çünki ən son yadına düşən xəstəxanaya getməyə hazırlaşmaq idi.

Onun körpəsi Beo bir neçə gün neonatal şöbədə müşahidə altında saxlanılıb. Nataşa üç həftə xəstəxanada qalıb, bu müddət ərzində həkimlər ona ürəyinin yenidən dayanmasının qarşısını alan cihaz olan ICD (implantasiya edilə bilən defibrilator) quraşdırıblar.

Nataşa və Beonu həyata qaytarmaq həkimlər və tibb bacıları üçün böyük uğur olub. Onları müalicə edən tibb komandası üstün səylərinə görə “Baş Həkim Mükafatı” ilə təltif edilib.

Nataşa deyir ki, bu təcrübədən sonra həyata tamam başqa cür baxır:

"Artıq həyatda heç nəyi adi bir şey kimi qəbul etmirəm. Həm məni, həm də Beonu yaşadan həkimlərə bir ömür boyu minnətdaram!".

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sfera.az
archiveBu xəbər 13 Fevral 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see183

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see178

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see155

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see153

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see139

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see124

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see120

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see120

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri