Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sizə pasiyentlər arasında böyük rəğbət qazanmış Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin rəisi, yüksəkixtisaslı ümumi cərrah, t.ü.f.d., Dr.
Namiq Novruzovu təqdim edirik. DR.NAMİQ NOVRUZOV Mərkəzi Gömrük Hospitalında laparoskopik və açıq qaraciyər rezeksiyaları, öd yollarından la
Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/namik-novruzov/ .
Dr.Namiq Novruzov 1996-cı ildə Azərbaycan Tibb Universitetinin II Müalicə Profilaktika fakültəsini bitirmiş, 1996-1997-ci illərdə Bakı şəhəri 5 saylı kliniki xəstəxanada cərrahiyyə ixtisası üzrə internatura keçmişdir.
O, 2003-2007-ci illərdə Moskva şəhərində Rusiya Diplomdansonrakı Tibbi Təhsil Akademiyasında Təcili və Təxirəsalınmaz cərrahiyyə kafedrasının aspiranturasında təhsilini davam etdirərək, tibb üzrə fəlsəfə doktoru elmi adını qazanmışdır.
1998-ci ildə dövlət tibb müəssisəsində ümumi cərrah kimi fəaliyyətə başlamış Namiq Novruzov 2003-2007-ci illərdə N.V.Sklifosovski adına Moskva şəhər Elmi Tədqiqat Təcili Yardım İnstitutunda ümumi cərrah, 2009-2012-ci illərdə Mərkəzi Gömrük Hospitalında ümumi cərrah, 2012-2013-cü illərdə Türkiyədə Malatya İnönü Universitetinin Qaraciyər Transplantasiyası İnstitutunda cərrah kimi çalışmış və 2013-cü ildən etibarən Mərkəzi Gömrük Hospitalında Ümumi Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah kimi fəaliyyət göstərir.
Dr. Namiq Novruzov ümumi cərrahiyyə, laparoskopik cərrahiyyə, transplantasiya və invaziv endoskopiyanı əhatə edən geniş çeşidli diaqnostik v