Icma.az
close
up
RU
“Həkimlərimizi tanıyın!” rubrikamızda

“Həkimlərimizi tanıyın!” rubrikamızda

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sizə pasiyentlər arasında böyük rəğbət qazanmış Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin rəisi, yüksəkixtisaslı ümumi cərrah, t.ü.f.d., Dr. Namiq Novruzovu təqdim edirik.

DR.NAMİQ NOVRUZOV Mərkəzi Gömrük Hospitalında laparoskopik və açıq qaraciyər rezeksiyaları, öd yollarından laparoskopik vizual və rentgenoloji kontrolla daşların xaric edilməsi, mədəaltı vəzin, dalağın, mədənin, qida borusunun tam və hissəvi çıxarılması, nazik və yoğun bağırsaqlarda laparoskopik əməliyyatlar, bariatrik mədə kiçildilməsi, mədənin şuntlanması, diafraqma yırtıqlarının laparoskopik təmiri, yırtıqların açıq və laparoskopik üsullarla təmiri, abdominoplastika əməliyyatları, eləcə də ezofaqoqastroduodenoskopiya, kolonoskopiya, ezofaqus varikoz venalarının elastik həlqələnməsi, qastrointestinal darlıqlarda stentlərin yerləşdirilməsi, poliplərin kəsilməsi, qanamaların endoskopik yolla dayandırılması və digər əməliyyatları icra edir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/namik-novruzov/ .
Dr.Namiq Novruzov 1996-cı ildə Azərbaycan Tibb Universitetinin II Müalicə Profilaktika fakültəsini bitirmiş, 1996-1997-ci illərdə Bakı şəhəri 5 saylı kliniki xəstəxanada cərrahiyyə ixtisası üzrə internatura keçmişdir. O, 2003-2007-ci illərdə Moskva şəhərində Rusiya Diplomdansonrakı Tibbi Təhsil Akademiyasında Təcili və Təxirəsalınmaz cərrahiyyə kafedrasının aspiranturasında təhsilini davam etdirərək, tibb üzrə fəlsəfə doktoru elmi adını qazanmışdır.
1998-ci ildə dövlət tibb müəssisəsində ümumi cərrah kimi fəaliyyətə başlamış Namiq Novruzov 2003-2007-ci illərdə N.V.Sklifosovski adına Moskva şəhər Elmi Tədqiqat Təcili Yardım İnstitutunda ümumi cərrah, 2009-2012-ci illərdə Mərkəzi Gömrük Hospitalında ümumi cərrah, 2012-2013-cü illərdə Türkiyədə Malatya İnönü Universitetinin Qaraciyər Transplantasiyası İnstitutunda cərrah kimi çalışmış və 2013-cü ildən etibarən Mərkəzi Gömrük Hospitalında Ümumi Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah kimi fəaliyyət göstərir. Dr. Namiq Novruzov ümumi cərrahiyyə, laparoskopik cərrahiyyə, transplantasiya və invaziv endoskopiyanı əhatə edən geniş çeşidli diaqnostik və cərrahi əməliyyatlar üzrə ixtisaslaşmışdır.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Dr.Namiq Novruzov 2024-cü ilin yanvar ayında gömrük orqanlarında səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Namiq həkim öz sahəsi üzrə biliklərini daim təkmilləşdirərək Rusiyanın, Türkiyənin və Avropanın müxtəlif aparıcı klinikalarında qarın boşluğu və çanaq üzvlərinin laparoskopik cərrahiyyəsi üzrə ixtisasartırma, Ankara Universitetinin Tibb fakültəsində endoskopiya və ERCP üzrə kursları bitirmiş, 2020-ci ildə Avstriyanın Zalsburq şəhərində Amerika-Avstriya Fondu tərəfindən təşkil olunmuş “Zalsburq tibb seminarları” adını almış “Mədə-bağırsaq xərçəngi” seminarında, 2022-ci ilin mart ayında Türkiyənin Antalya şəhərində keçirilən XXII Beynəlxalq Cərrahiyyə Konqresində iştirak edib. Dünyanın bir çox ölkələrində elmi konfrans və seminarlarda cərrahiyyənin geniş sahələrini əhatə edən müxtəlif mövzularda çıxışlar edir.
Dr.Namiq Novruzov 2019-cu ildə ABS-da çap olunan nüfuzlu “Annals of Transplantation” jurnalının və İngiltərədə çap olunan “World Journal of Surgical Oncology” jurnalının rəsmi rəyçi eksperti seçilib. Dr.Namiq Novruzovun Mərkəzi Gömrük Hospitalının radioloqu Emin Məmmədov və Azərbaycan Tibb Universitetinin professoru Nuru Bayramovla birgə “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Transplantation Proceedings” jurnalının 2019-cu ilin sentyabr nömrəsində “Potensial canlı qaraciyər donorlarında qaraciyər parenximasının preoperativ dəyərləndirilməsi” adlı elmi məqaləsi ingilis dilində dərc olunmuşdur. Namiq Novruzovun qəbuluna yazılmaq üçün əlaqə nömrə: (012) 404-08-08.
[10:55, 22.10.2025] Dilarə xanım: “Həkimlərimizi tanıyın!” rubrikamızda Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Dr. Namiq Novruzovu təqdim edirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Oktyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri