Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. “AZAL-a məxsus təyyarənin qəza səbəbləri hələ rəsmən təsdiqlənməyib.
Bundan sonrakı mərhələdə Rusiyanın atacağı addımların əhəmiyyəti böyükdür.
Qəzaya görə günahın üzərilərinə götürülməsi və kompensasiya ödənilməsi məsələsindən boyun qaçırmayacaq.
Rusiya əvvəlcə prosesdən yayınmağa çalışırdı. Lakin ortaya qoyulan faktlar fonunda buna nail ola bilmədi”.
Bu fikirləri Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, Rusiya Prezident İlham Əliyev başda olmaqla Azərbaycan tərəfinin prinsipial mövqeyi qarşısında geri çəkilməyə məcbur oldu: “Rusiya Prezidenti Vladimir Putin artıq üzrxahlıq edib.
Hansı ki, bu Kremlin qırmızı xətti idi. Putinin hakimiyyəti dövründə heç bir ölkədən belə üzr istəməmişdi.
Rusiya anlayır ki, Azərbaycan regionda olduqca əhəmiyyətli bir ölkədir və tərəflər arasında münasibətlərin pozulması rəsmi Moskva üçün arzuolunan deyil.