Icma.az
close
up
RU
Həlledici məqam: Rusiya təyyarə qəzası ilə bağlı hərəkətə keçir 10 gün sonra…

Həlledici məqam: Rusiya təyyarə qəzası ilə bağlı hərəkətə keçir 10 gün sonra…

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“AZAL-a məxsus təyyarənin qəza səbəbləri hələ rəsmən təsdiqlənməyib. Bundan sonrakı mərhələdə Rusiyanın atacağı addımların əhəmiyyəti böyükdür. Qəzaya görə günahın üzərilərinə götürülməsi və kompensasiya ödənilməsi məsələsindən boyun qaçırmayacaq. Rusiya əvvəlcə prosesdən yayınmağa çalışırdı. Lakin ortaya qoyulan faktlar fonunda buna nail ola bilmədi”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Rusiya Prezident İlham Əliyev başda olmaqla Azərbaycan tərəfinin prinsipial mövqeyi qarşısında geri çəkilməyə məcbur oldu:

“Rusiya Prezidenti Vladimir Putin artıq üzrxahlıq edib. Hansı ki, bu Kremlin qırmızı xətti idi. Putinin hakimiyyəti dövründə heç bir ölkədən belə üzr istəməmişdi. Rusiya anlayır ki, Azərbaycan regionda olduqca əhəmiyyətli bir ölkədir və tərəflər arasında münasibətlərin pozulması rəsmi Moskva üçün arzuolunan deyil.

Rəsmi Bakı haqlı tələblər irəli sürür. Putinin üzrxahlığı elə Rusiyanın məsələni qəbul etməsi deməkdir. Prezident İlham Əliyevin qəza qurbanlarının ailələri ilə görüşü, eləcə də yerli televiziyalara verdiyi müsahibəsində proseslə bağlı səsləndirdiyi fikirlərdən aydın olur ki, Azərbaycanda müəyyən məlumatlar var. Ona görə də Rusiyanın məsuliyyətdən yayınması, səbəbi Ukrayna PUA-larının üzərinə atmaq imkanları yoxdur”.

Asif Nərimanlı

Asif Nərimanlı qeyd edir ki, Putin üzr istəməsinin ardınca Qazaxıstan üzərindən gedişlər edərək yenə də məsələdən yayınmağa cəhd göstərib:

“Qazaxıstanın sərgilədiyi mövqe, “qara qutular”ın MDB-nin nəzdindəki komitəyə verilməməsi Rusiyanın bu imkanlarını sıradan çıxartdı. Prosedur olaraq istintaqın yekunlaşmasını gözləyirlər. Ardınca Rusiyanın Azərbaycana kompensasiya ödəməsi istisna edilmir. Artıq Kremlin qaçış yolu yoxdur.

Ümumilikdə, Putinin üzrü ən kritik məqamların geridə qaldığının göstəricisidir. Əgər Rusiya bundan yayınmağa çalışarsa, Azərbaycanla münasibətlərdə etimadsızlıq yaradacaq. Nəzərə almaq lazımdır ki, ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra dünyada yeni geosiyasi proses başlayır. Rusiya üçün həlledici dövrün başladığını deyə bilərik. Belə bir halda rəsmi Bakı ilə münasibətlərin pozulması Moskvaya sərf etməz”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Yanvar 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri