Helsinki Kiyevə yardım göndərir

16.09.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Finlandiya Ukraynaya ümumi dəyəri təxminən 290 milyon avro olan 34-cü maddi-texniki yardım paketi göndərəcək. Yerli media Finlandiya hökumətinə istinadən xəbər verir ki, yeni paketə Ukraynanın tərəfdaşlarından tələb etdiyi texnika daxil edilib. Bu yardım paketi dəyərinə görə Finlandiyanın Ukraynaya indiyədək göndərdiyi ən böyük ikinci yardım olacaq. Müharibə başlayandan bəri ölkə tərəfindən Ukraynaya verilən hərbi texnikanın ümumi dəyəri 3,6 milyard avroya çatıb. Müdafiə naziri Antti Hakkanen bildirib ki, ölkə Ukraynanı hərbi texnika və öz müdafiə sənayesi məhsullarının tədarükü hesabına dəstəkləməyə davam edəcək.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью