Helsinki Kiyevə yardım göndərir
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Finlandiya Ukraynaya ümumi dəyəri təxminən 290 milyon avro olan 34-cü maddi-texniki yardım paketi göndərəcək. Yerli media Finlandiya hökumətinə istinadən xəbər verir ki, yeni paketə Ukraynanın tərəfdaşlarından tələb etdiyi texnika daxil edilib. Bu yardım paketi dəyərinə görə Finlandiyanın Ukraynaya indiyədək göndərdiyi ən böyük ikinci yardım olacaq. Müharibə başlayandan bəri ölkə tərəfindən Ukraynaya verilən hərbi texnikanın ümumi dəyəri 3,6 milyard avroya çatıb. Müdafiə naziri Antti Hakkanen bildirib ki, ölkə Ukraynanı hərbi texnika və öz müdafiə sənayesi məhsullarının tədarükü hesabına dəstəkləməyə davam edəcək.
XQ
Bu mövzuda digər xəbərlər:Helsinki Ukraynaya 80 min avro həcmində yardım göndərəcək
12 Noyabr 2024 21:50
Kanada Kiyevə 440 milyon dollarlıq yardım göndərir
09 Yanvar 2025 22:31
Helsinki Komissiyası Gürcüstanı tənqid etdi
19 Dekabr 2024 13:51
Bu ölkə Kiyevə 600 milyon dollarlıq hərbi yardım göndərir
18 May 2025 16:37
Baxış sayı:92
Bu xəbər 16 Sentyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















