Icma.az, Cebheinfo portalına istinadən məlumat verir. Xaricdən gətirilən dərmanlar münasib qiymətləri və keyfiyyətləri ilə diqqət çəkir.
Lakin yerli bazarda dərmanların qiymətləri hər gün artır, keyfiyyət isə sürətlə aşağı düşür.
Bu hal həm xəstələr, həm də tibb mütəxəssisləri üçün ciddi narahatlıq yaradır.
Belə bir vəziyyətin yaranma səbəbləri çox mürəkkəbdir və bir çox amillərdən asılıdır.
Dərman istehsalında istifadə edilən xammalların qiymətlərinin artması, istehsal proseslərindəki çatışmazlıqlar və ya yerli bazarda rəqabətin yoxluğu əsas səbəblərindəndir.
“Cebheinfo.az”-a açıqlamasında farmokoloq Aydın Əliyev bildirdi ki, dərman qiymətləri və keyfiyyətindəki problemlər daha da çoxalır: “Cəmiyyətdə dərmanların bahalığı, keyfiyyətin isə az olmasından yetəri qədər şikayət var.
Dərmanların çox hissəsi xaricdən gətirildikcə, özümüz istehsal etmədikcə, hər zaman asılı vəziyyətdə qalacağıq.
Ölkəmizdə dərmanların qiyməti 2 amildən asılıdır, dərman firmalarından və dərmanları xaricdən gətirən şəxslərdən.