Icma.az
close
up
RU
Həm baha, həm keyfiyyətsiz: Dərman bazarında nə baş verir?

Həm baha, həm keyfiyyətsiz: Dərman bazarında nə baş verir?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Xaricdən gətirilən dərmanlar münasib qiymətləri və keyfiyyətləri ilə diqqət çəkir. 

Lakin yerli bazarda dərmanların qiymətləri hər gün artır, keyfiyyət isə sürətlə aşağı düşür. Bu hal həm xəstələr, həm də tibb mütəxəssisləri üçün ciddi narahatlıq yaradır. Belə bir vəziyyətin yaranma səbəbləri çox mürəkkəbdir və bir çox amillərdən asılıdır. 

Dərman istehsalında istifadə edilən xammalların qiymətlərinin artması, istehsal proseslərindəki çatışmazlıqlar və ya yerli bazarda rəqabətin yoxluğu əsas səbəblərindəndir. 

“Cebheinfo.az”-a açıqlamasında farmokoloq Aydın Əliyev bildirdi ki, dərman qiymətləri və keyfiyyətindəki problemlər daha da çoxalır: 

“Cəmiyyətdə dərmanların bahalığı, keyfiyyətin isə az olmasından yetəri qədər şikayət var.  Dərmanların çox hissəsi xaricdən gətirildikcə, özümüz istehsal etmədikcə, hər zaman asılı vəziyyətdə qalacağıq. 

Ölkəmizdə dərmanların qiyməti 2 amildən asılıdır, dərman firmalarından və dərmanları xaricdən gətirən şəxslərdən. Dərmanları gətirən şirkətlər reallıqları nəzərə almalıdır ki, vətəndaşlara faydalı olsun. Necə ki, ordumuz Ali Baş Komandanımızla birlikdə torpaqlarımızı işğaldan azad etdi, səhiyyə də cəmiyyət üçün faydalı işlər görməyi bacarmalıdır”. 

A.Əliyev bildirib ki, dərmanların keyfiyyəti bir sıra amillərdən asılıdır: “Dərmanların keyfiyyəti onun saxlama müddətindən, şəraitindən asılıdır. Dərmanların keyfiyyəti ekspertiziya mərkəzində yoxlanılmalıdır.

Vətəndaşların özü də dərman alarkən saxlanma şəraiti ilə maraqlanmalıdır. Dərmanların böyük hissəsini özümüz istehsal etmədiyimiz müddətcə keyfiyyət problemləri davam edəcək, eyni zamanda bu hal maddi xərcləri də artırır. Dərmanların qiymətini qanunsuz qaldıran şəxslərlə bağlı müvafiq qurumlar xüsusi tədbirlər görməlidir”. 

Gülər 
“Cebheinfo.az”

 

Açar sözlər: Dərman baha keyfiyyətsiz farmokoloq Aydın Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 İyul 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri