Həm xarici, həm də daxili siyasətdə ölçülübiçili mövqe nümayiş etdirmək, hava, su qədər va…
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır. Səni eşitmək istəməyənə söz demək, kora güzgü vermək kimidir – «sağ ol» deməz… Qəribə
Dünən o qazanın altına, odun yerinə qloballaşma, tolerantlaşma qoyurdular, bu gün isə hərbiləşmə, qütbləşmə dürtürlər.
Bu gedişlə, sabah bu qazanı qızışma və atomlaşmayla, bir az da pırpızlaşmayla qaynadacaqlar!.. Allah, özün saxla!
Bunları sözgəlişi dedim, ehmalca sürüşüb öz döğma-əziz məmləkətimizə qayıdaq… Necə olsa, “Vətən viranə qalsa da, Vəfalıdır, vətəndir”.
Bu gün heç kim ölkədə vətəndaş qarşıdurması arzulamır. Çünki hamı dərk edir ki, ölkəmiz dünyanın bapbalaca bir parçasıdı və bu bapbalaca vət
Ağlı başında olan hər kəs qan-qadadan kənar olmağa çalışır. Kaş ki bunu “yuxarı başdakılar” da dərk edəydilər!..
Bu gün dünyada, ələlxüsus böyür-başımızdakı regionlarda vaqe olan, əsasən də, hikkə və buynuz qaşınmalarından yaranan mənasız-mənasız toqquşmalar, səfeh-səfeh münaqişə və müharibə ocaqları, gərək ki, bizləri son dərəcə məsuliyyətli olmağa, özümüzü yığışdırmağa, “qartımızı-qurtumuzu” düzəltməyə sövq eləsin.
Yəni mövcud geosiyasi olayların-oyunların “urusca” olduğunu gözardı eləmək olmaz!..
Tam oxu
Xəbəri oxu