Icma.az
close
up
RU
Həm xarici, həm də daxili siyasətdə ölçülübiçili mövqe nümayiş etdirmək, hava, su qədər vacibdir ELDƏNİZ QULİYEV YAZIR

Həm xarici, həm də daxili siyasətdə ölçülübiçili mövqe nümayiş etdirmək, hava, su qədər vacibdir ELDƏNİZ QULİYEV YAZIR

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Səni eşitmək istəməyənə söz demək, kora güzgü vermək kimidir – «sağ ol» deməz…

Qəribə zamanda yaşayırıq… Dünya qaynar qazana çevrilib, bircə himə bənddi ki, pıqqa-pıqla qaynasın.

Dünən o qazanın altına, odun yerinə qloballaşma, tolerantlaşma qoyurdular, bu gün isə hərbiləşmə, qütbləşmə dürtürlər. Bu gedişlə, sabah bu qazanı qızışma və atomlaşmayla, bir az da pırpızlaşmayla qaynadacaqlar!..

Allah, özün saxla!

Bunları sözgəlişi dedim, ehmalca sürüşüb öz döğma-əziz məmləkətimizə qayıdaq… Necə olsa,

“Vətən viranə qalsa da,

Vəfalıdır, vətəndir”.

Bu gün heç kim ölkədə vətəndaş qarşıdurması arzulamır. Çünki hamı dərk edir ki, ölkəmiz dünyanın bapbalaca bir parçasıdı və bu bapbalaca vətəndə XAOS yaratmaq yepyekə bəla gətirər. Ağlı başında olan hər kəs qan-qadadan kənar olmağa çalışır. Kaş ki bunu “yuxarı başdakılar” da dərk edəydilər!..

Bu gün dünyada, ələlxüsus böyür-başımızdakı regionlarda vaqe olan, əsasən də, hikkə və buynuz qaşınmalarından yaranan mənasız-mənasız toqquşmalar, səfeh-səfeh münaqişə və müharibə ocaqları, gərək ki, bizləri son dərəcə məsuliyyətli olmağa, özümüzü yığışdırmağa, “qartımızı-qurtumuzu” düzəltməyə sövq eləsin. Yəni mövcud geosiyasi olayların-oyunların “urusca” olduğunu gözardı eləmək olmaz!..

Kim deyər: hazırkı zaman kəsiyində Azərbaycan hakimiyyəti çalışıb deyilənlərin fərqində olmalı, daxili, ən çox da xarici siyasət strategiyasında düşünülmüş addımlar atmalıdlr, ya yox? Əlbəttə atmalıdır. Həm xarici, həm də daxili siyasətdə ölçülü-biçili mövqe nümayiş etdirmək, hava, su qədər vacibdir, ən əsası, ölkə içində köklü-köməcli islahatlara başlanmalıdır, – özü də hər sahədə və təcili!

Hakimiyyət ökədə əmin-amanlığın bərqərarında, habelə vətəndaş həmrəyliyi və milli barış məsələlərində maraqlı olmalıdır; daha absurd bəhanələrlə camaatın işığının, təbii qazın, suyun, yanacağın, müfafiq olaraq, bütün istehlak-tələbat mallarının və s. və i.a.-ın qiymət artımında yox. İkinin üstünə iki gələndə beş eləmir ki? Zəhmət çəkib həll eləsinlər!

Şanlı hökumətimiz məmləkəti küllü-aləmdə zəlil eləyən və ilin dörd fəsli açıq olan “siyasi məhbusların ov mövsümü”-nü ləğv eləməli, qapatmalı, bağlamalıdı. Ölkənin quru yollarını isə, əksinə, taybatay açmalıdır. Günahslz insanların təqib, təhdid və təhqir olunması prosesinə nəhayət ki, nöqtədən, nidadan qoyub dayandırmalıdlr. Əks-təqdirdə… Bəli, əks-təqdirdə başımıza sanksiya yağışı yağacaq, qadağa, tabu külü töküləcək…

Bu bir faktdır ki, dünya ölkələrində zor gücünə edilən bütün çevriliş və inqilablar (qanlı, qansız – dəxli yoxdur), adidən də adi sosial tələblərdən başlayır… yəni, “qarnım acdır, bir tikə çörəyə möhtacam”, “əynimə paltar, ayağıma ayaqqabı, başıma papaq ala bilmirəm”, “kommunal xərclər boğaza yığıb məni, dərman pulu tapmıram, toya-yasa gedə bilmərəm…” – bu və bu kimi tələblər qulaq ardına vurulanda, işlər şuluğlaşır… və önə, təbii şəkildə sərt siyasi tələblər keçir. Siyasi tələblərin repressiya ilə qarşılanması isə, qarşısıalınmaz və proqnozlaşdırılmayan XAOSa rəvac verir… Və elə bu məqamdaca “Kərəmi ağlamaq tutur”, sonra ara qarışır, məzssəb itir, daha sora isə, it öz yiyəsini tanımır…

Bə nə etməli? Zalım oğlu Çernişevski bəşəriyyətin alnına elə əbədi bir sual mismarlayıb ki…cavabının tapılması hələ də “O qızı tapın”-na “fora” verir…

Məncə, daha doğrusu, mənə qalsa, ilk növbədə, başımıza dəyən əsassız, arqumentsiz və insafsız qiymət artımları və gəmirici cərimə qapazlarına “stop!”deyib durdurardım. Daha sonra, kələkbaz məmurların özbaşınalığına elə bir badalaq vurardım ki, hamısı, türkün sözü, donbalağ aşardılar. Ölkə konstitusiyasına, demokratik açılıma – ifadə azadlığına və digər insan hüquq və azadlıqlarına hörmətlə, izzətlə yanaşmağı, qanunun aliliyinin qorunmasını “göz bəbəyi kimi qorumaq” məsəliylə calaqlaylb eyniləşdirərdim. Bundan sonra keçiriləcək bütün seçkiləri taleyüklü sayar və onların tam şəffaf, lap ədalətli, çox abırlı və tərtəmiz keçirilməsinə imkan yaradardım.

Əslində, bütün bu sadalanan və sadalanmayan ağrı-acılara əncam çəkmək mənim, sənin, bizim yox, hökumətin işidi, hökumətin vəzifə borcudu…

Borcu isə, qaytarmaq lazımdı, illahdakı bu borc xalqa ola!..

Başımızın, başımızla birgə gün-güzəranımızın da sağ-salamat olmasını istəyiriksə, gərək… qəflət yuxusundan oyanıb gərnəşək. Gərnəşək və…birləşək!.. Başqa çarəmiz yoxdu. Çünki vaxt gözləmir, vaxt dayanmır…Vaxt gedir, vaxt axır…

Sözün qısası, əlqərəz və müxtəsəri, tələsmək lazımdı. Yəni ellikcə anlamalıylq ki, artlq bu gün, “tələsən tərsə düşər” məsəli tam tərsinə işləyir. Yəni məhz tərsə düşməmək üçün tələsmək lazımdı…

çünki dünya fırlanır. Yaman fırlanır!..

çünki dünya qımışa-qımışa, qızışa-qızışa, hətta pırpızlaşa-pırpızlaşa mızıldanır…

çünki dünya qaynar qazana dönüb pıqqa-pıqla qaynamaq həddinə çatıb!..

Eldəniz Quliyev 

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Dekabr 2024 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see306

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see232

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see196

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see195

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see184

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see151

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see149

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see134

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see132

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see132

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see130

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see127

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see127

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see122

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see119

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see119

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri