HƏMAS: ABŞ Suriyadan dərs çıxarmalıdır

16.12.2025

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


HƏMAS Hərəkatı hesab edir ki, ABŞ Yaxın Şərqdə sabitliyi bərpa etmək istəyirsə, o zaman Suriyadan nəticə çıxarmalıdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, Hərəkatın xarici ofisinin rəhbəri Xalid Meşal Drop Site portalına verdiyi müsahibədə bildirib ki, Vaşinqton Suriya hakimiyyəti ilə işləmək təcrübəsindən Qəzza zolağında sülhün bərqərar olması üçün istifadə etməlidir.
"Niyə ABŞ administrasiyası Suriyanın keçid prezidenti Əhməd əl-Şaraya bu imkanı verir, amma HƏMAS-a vermir? Hətta terrorizmdə ittiham olunmayan Fələstin prezidenti Mahmud Abbasa belə bu imkan tanınmır. HƏMAS ilə konstruktiv əməkdaşlığı davam etdirmək ABŞ və Qərb paytaxtlarının maraqlarına uyğundur",-deyə o, bildirib.
O əlavə edib ki, radikal hərəkat Qəzza zolağındakı vəziyyətin sabitləşdirilməsində, o cümlədən yerli seçkilərin hazırlanmasında ABŞ və digər ölkələrlə əməkdaşlığa hazırdır.
Fuad
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью