HƏMAS: ABŞ Suriyadan dərs çıxarmalıdır
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
HƏMAS Hərəkatı hesab edir ki, ABŞ Yaxın Şərqdə sabitliyi bərpa etmək istəyirsə, o zaman Suriyadan nəticə çıxarmalıdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, Hərəkatın xarici ofisinin rəhbəri Xalid Meşal Drop Site portalına verdiyi müsahibədə bildirib ki, Vaşinqton Suriya hakimiyyəti ilə işləmək təcrübəsindən Qəzza zolağında sülhün bərqərar olması üçün istifadə etməlidir.
"Niyə ABŞ administrasiyası Suriyanın keçid prezidenti Əhməd əl-Şaraya bu imkanı verir, amma HƏMAS-a vermir? Hətta terrorizmdə ittiham olunmayan Fələstin prezidenti Mahmud Abbasa belə bu imkan tanınmır. HƏMAS ilə konstruktiv əməkdaşlığı davam etdirmək ABŞ və Qərb paytaxtlarının maraqlarına uyğundur",-deyə o, bildirib.
O əlavə edib ki, radikal hərəkat Qəzza zolağındakı vəziyyətin sabitləşdirilməsində, o cümlədən yerli seçkilərin hazırlanmasında ABŞ və digər ölkələrlə əməkdaşlığa hazırdır.
Fuad
Bu mövzuda digər xəbərlər:ABŞ Suriyadan çəkilir
28 Fevral 2026 16:27
Putin və Cinpin: Tokio bundan dərs çıxarmalıdır
08 May 2025 17:38
Yelisey Sarayı səriştəsiz xarici siyasətindən dərs çıxarmalıdır
08 Yanvar 2025 10:49
Region ölkələri son hadisələrdən dərs çıxarmalıdır İran
18 May 2026 12:29
Suriyadan sürpriz HƏMAS qərarı: Əhməd əl Şara Türkiyədən qayıdan kimi...
14 Fevral 2025 01:21
Baxış sayı:130
Bu xəbər 16 Dekabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















