HƏMAS İsrail qüvvələrinin Qəzzada müvəqqəti qalmasına icazə verə bilər | Icma.az
Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fələstinin HƏMAS hərəkatının nümayəndələri bildiriblər ki, onlar İsraillə razılığa gələ və ordusunun Qəzza zolağında müvəqqəti qalmasına icazə verə bilərlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır.
“Həmas ilk dəfə olaraq vasitəçilərə bildirib ki, İsrail qüvvələrinin hərbi əməliyyatlar bitdikdən sonra Qəzzada müvəqqəti qalmasına imkan verən razılaşmanı qəbul edəcək”,- deyə məlumatda qeyd olunub.
Bundan əlavə, HƏMAS nümayəndələri atəşkəs sazişi imzalandıqdan sonra azad ediləcək girovların, o cümlədən ABŞ vətəndaşlarının siyahısını danışıqlar iştirakçılarına təhvil verib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu