HƏMAS İsrail qüvvələrinin Qəzzada müvəqqəti qalmasına icazə verə bilər
Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fələstinin HƏMAS hərəkatının nümayəndələri bildiriblər ki, onlar İsraillə razılığa gələ və ordusunun Qəzza zolağında müvəqqəti qalmasına icazə verə bilərlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır.
“Həmas ilk dəfə olaraq vasitəçilərə bildirib ki, İsrail qüvvələrinin hərbi əməliyyatlar bitdikdən sonra Qəzzada müvəqqəti qalmasına imkan verən razılaşmanı qəbul edəcək”,- deyə məlumatda qeyd olunub.
Bundan əlavə, HƏMAS nümayəndələri atəşkəs sazişi imzalandıqdan sonra azad ediləcək girovların, o cümlədən ABŞ vətəndaşlarının siyahısını danışıqlar iştirakçılarına təhvil verib.

HƏMAS İsrail qüvvələrinin Qəzzada qalmasına icazə verə bilər
12 Dekabr 2024 10:42
HƏMAS İsrail ordusunun Qəzzada qalmasına razıdır
12 Dekabr 2024 13:41
HƏMAS İsrail ordusunun Qəzzada qalmasına razılıq verib
12 Dekabr 2024 11:43
HƏMAS İsrail qüvvələrinə Qəzzada qalmağa icazə verə bilər
12 Dekabr 2024 11:30
İsrail icazə verdi: HƏMAS polisi Qəzzada... BBC
18 Yanvar 2025 19:49

