HƏMAS özünü israilli girov kimi təqdim edən şəxsin videosunu yaydı

23.04.2025

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Fələstinin HƏMAS hərəkatı özünü israilli girov kimi təqdim edən şəxsin əks olunduğu video yayımlayıb.

Redaktor.az xəbər verir ki, görüntüləri hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları öz teleqram kanalında yayıb.

Həmin şəxs özünü İsrail və Macarıstan vətəndaşlığının daşıyıcısı olan Omri Miran kimi təqdim edib. O, Qəzzada saxlanma şəraitinin çox pis olmasından və anklavla sərhəd keçidlərinin bağlı qalması səbəbindən ərzaq təchizatının olmamasından danışıb.

Videonun harada və nə vaxt çəkildiyi barədə məlumat yoxdur.

Turan İSMAYIL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью