HƏMAS özünü israilli girov kimi təqdim edən şəxsin videosunu yaydı
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Fələstinin HƏMAS hərəkatı özünü israilli girov kimi təqdim edən şəxsin əks olunduğu video yayımlayıb.
Redaktor.az xəbər verir ki, görüntüləri hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları öz teleqram kanalında yayıb.
Həmin şəxs özünü İsrail və Macarıstan vətəndaşlığının daşıyıcısı olan Omri Miran kimi təqdim edib. O, Qəzzada saxlanma şəraitinin çox pis olmasından və anklavla sərhəd keçidlərinin bağlı qalması səbəbindən ərzaq təchizatının olmamasından danışıb.
Videonun harada və nə vaxt çəkildiyi barədə məlumat yoxdur.
Turan İSMAYIL

Rəqsanənin vəkilindən özünü zərərçəkmiş kimi təqdim edən şəxsin ittihamlarına CAVAB
20 Avqust 2025 19:59
HƏMAS iki İsrailli girovun videosunu yaydı
06 Aprel 2025 00:25
Özünü diplomat kimi təqdim edən şəxsin üzərindən 70 kilo qızıl çıxarıldı
23 Noyabr 2024 00:08
Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı Buna görə?!
06 İyun 2025 12:36

