HƏMAS silahlı mübarizəni dayandırır? | Icma.az
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir. HƏMAS Fələstin Azadlıq Təşkilatına məktub göndərərək, Qəzzanı Fələstin Milli Admini
HƏMAS-ın şərtinə əsasən, Qəzza rəsmiləri yeni administrasiyada işlə təmin olunmalı, işdən çıxarılacaqları təqdirdə isə maaş almağa davam etm
Məlumata görə, HƏMAS bu qərarı nümayəndə heyətinin Qahirədə apardığı danışıqlardan sonra Misirin güclü təzyiqi altında qəbul edib.
Bəs HƏMAS-ın fəaliyyətini dayandırması nə qədər realdır? Bu, Yaxın Şərqdə proseslərin gedişatına necə təsir edə bilər?
Mövzu ilə bağlı Oxu.Az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, HƏMAS-ın Qəzzanı Fələstin Milli Administrasiyasına (FMA) təhvil verməyə hazır olması əslində ciddi məqamlardan xəbər verir: "HƏMAS uzun illərdir FMA-dan fərqli olaraq, İsrailə qarşı daha radikal mövqe sərgiləyir.
Qəzzaya nəzarəti itirmək, HƏMAS üçün siyasi və hərbi zəifləmə deməkdir.
Görünür son proseslər, eləcə də ciddi beynəlxalq və regional təzyiqlər HƏMAS-ı geri addım atmağa vadar edib.
Lakin HƏMAS-ın dövlət qulluqçularının yeni administrasiyada yer alması və pensiya təminatı kimi tələbləri göstərir ki, bu, tam geriçəkilmə deyil, daha çox güzəşt əldə etmək cəhdidir.
Tam oxu
Xəbəri oxu