Icma.az
close
up
RU
HƏMAS silahlı mübarizəni dayandırır?

HƏMAS silahlı mübarizəni dayandırır?

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

HƏMAS Fələstin Azadlıq Təşkilatına məktub göndərərək, Qəzzanı Fələstin Milli Administrasiyasının və hökumət komitəsinin nəzarətinə keçirməyə hazır olduğunu açıqlayıb. HƏMAS-ın şərtinə əsasən, Qəzza rəsmiləri yeni administrasiyada işlə təmin olunmalı, işdən çıxarılacaqları təqdirdə isə maaş almağa davam etməlidirlər. Məlumata görə, HƏMAS bu qərarı nümayəndə heyətinin Qahirədə apardığı danışıqlardan sonra Misirin güclü təzyiqi altında qəbul edib.

Bəs HƏMAS-ın fəaliyyətini dayandırması nə qədər realdır? Bu, Yaxın Şərqdə proseslərin gedişatına necə təsir edə bilər?

Mövzu ilə bağlı Oxu.Az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, HƏMAS-ın Qəzzanı Fələstin Milli Administrasiyasına (FMA) təhvil verməyə hazır olması əslində ciddi məqamlardan xəbər verir:

"HƏMAS uzun illərdir FMA-dan fərqli olaraq, İsrailə qarşı daha radikal mövqe sərgiləyir. Qəzzaya nəzarəti itirmək, HƏMAS üçün siyasi və hərbi zəifləmə deməkdir. Görünür son proseslər, eləcə də ciddi beynəlxalq və regional təzyiqlər HƏMAS-ı geri addım atmağa vadar edib. Lakin HƏMAS-ın dövlət qulluqçularının yeni administrasiyada yer alması və pensiya təminatı kimi tələbləri göstərir ki, bu, tam geriçəkilmə deyil, daha çox güzəşt əldə etmək cəhdidir. Bu, həm də gələcəkdə onların təsirini qoruyub saxlaması üçün bir mexanizm ola bilər. Nəzərə almaq lazımdır ki, Qəzza zolağında HƏMAS-ın kifayət qədər nüfuzu qalmaqdadır".

"Misir və İordaniya isə bölgədə sabitliyin qorunmasında maraqlıdırlar. Qəzzada FMA-nın nəzarəti bərpa olunarsa, bu, Qahirə üçün təhlükəsizlik baxımından faydalı olar, çünki Misir Sinay yarımadasında radikal islamçı qruplarla mübarizə aparır və HƏMAS "İxvan" bağlılığı səbəbi ilə Misirin mövcud iqtidarına müxalifət təşkil edir. İordaniya isə Fələstin məsələsində daha çox diplomatik oyunçu rolunda çıxış edir və Mahmud Abbas Administrasiyasının güclənməsini dəstəkləyə bilər. Netanyahu hakimiyyəti üçün isə FMA-nın Qəzzaya nəzarəti bərpa etməsi ilk baxışdan HƏMAS-ın zəifləməsi kimi görünə bilər. Lakin İsrail üçün daha önəmli məsələ Fələstin dövlətçiliyinin əngəllənməsidir. O, FMA-nın güclənməsini istəməyə bilər, lakin HƏMAS-ı da özü üçün olduqca ciddi təhlükə kimi görür", - deyə ekspert vurğulayıb.

Müsahibimiz prosesdə Tramp Administrasiyasının rolundan da danışıb:

"Donald Tramp hakimiyyətində əsas prioritet İsrailin maraqlarına uyğun olan hər hansı razılaşmadır. Nəticə etibarı ilə HƏMAS-ın bu addımı müəyyən mənada daha çox taktiki gediş kimi görünür".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Fevral 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see367

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see319

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see294

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see275

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see266

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see254

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see232

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see225

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see222

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see219

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see216

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see214

Şəkidə beynəlxalq şərab turizmi konfransı keçirildi 800 dən çox qonaq festivalda iştirak etdi

31 Avqust 2026 14:07see213

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see206

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see202

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see200

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see197

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see195

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see193

Səhər oyananda bunu edənlər gün ərzində daha enerjili olur

30 Avqust 2026 12:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri