HƏMAS siyasi bürosunun yeni rəhbəri o oldu

20.07.2026

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Fələstinin HƏMAS hərəkatının lideri Xəlil əl-Həyya hərəkatın siyasi bürosunun yeni rəhbəri seçilib.
Yeniavaz.com
“Al-Hadath” telekanalına istinadla xəbər verir ki, bu barədə məlumat HƏMAS-ın rəsmi “Telegram” kanalında dərc etdiyi bəyanatda öz əksini tapıb.
“HƏMAS Xəlil əl-Həyyanın hərəkatın siyasi bürosunun rəhbəri seçildiyini elan edir”, - bəyanatda qeyd edilib.
Qeyd edək ki, iyulun 18-də “Al-Hadath” telekanalı mənbələrə istinadla HƏMAS-ın siyasi büronun yeni rəhbərini seçmək üçün səsvermə keçirdiyini bildirmişdi.
Xatırladaq ki, HƏMAS-ın bu rəhbər vəzifəsi 2024-cü ilin oktyabr ayında Yəhya Sinvarın İsrailin cənubundakı Rəfah şəhərində yaşayış binasına hava hücumu nəticəsində öldürülməsindən bəri boş qalmışdı. Sinvar 2024-cü ilin iyul ayında Tehrandakı iqamətgahına İsrail hücumu zamanı öldürülən İsmayıl Haniyənin yerinə keçmişdi. Sinvarın ölümündən sonra siyasi büro rəhbəri funksiyasını faktiki olaraq idarəetmə şurası öz üzərinə götürmüşdü.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью