HƏMAS siyasi bürosunun yeni rəhbəri o oldu
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Fələstinin HƏMAS hərəkatının lideri Xəlil əl-Həyya hərəkatın siyasi bürosunun yeni rəhbəri seçilib.
Yeniavaz.com “Al-Hadath” telekanalına istinadla xəbər verir ki, bu barədə məlumat HƏMAS-ın rəsmi “Telegram” kanalında dərc etdiyi bəyanatda öz əksini tapıb.
“HƏMAS Xəlil əl-Həyyanın hərəkatın siyasi bürosunun rəhbəri seçildiyini elan edir”, - bəyanatda qeyd edilib.
Qeyd edək ki, iyulun 18-də “Al-Hadath” telekanalı mənbələrə istinadla HƏMAS-ın siyasi büronun yeni rəhbərini seçmək üçün səsvermə keçirdiyini bildirmişdi.
Xatırladaq ki, HƏMAS-ın bu rəhbər vəzifəsi 2024-cü ilin oktyabr ayında Yəhya Sinvarın İsrailin cənubundakı Rəfah şəhərində yaşayış binasına hava hücumu nəticəsində öldürülməsindən bəri boş qalmışdı. Sinvar 2024-cü ilin iyul ayında Tehrandakı iqamətgahına İsrail hücumu zamanı öldürülən İsmayıl Haniyənin yerinə keçmişdi. Sinvarın ölümündən sonra siyasi büro rəhbəri funksiyasını faktiki olaraq idarəetmə şurası öz üzərinə götürmüşdü.
Bu mövzuda digər xəbərlər:MİT rəhbəri HƏMAS Siyasi Bürosunun rəsmiləri ilə danışıb
13 Yanvar 2025 21:21
MİT rəhbəri HƏMAS Siyasi Bürosunun üzvləri ilə görüşüb
23 Mart 2026 09:54
Həmas Siyasi Bürosunun Türkiyəyə köçməsi iddiası təkzib edilib
18 Noyabr 2024 19:57
HƏMAS Siyasi Bürosunun Türkiyə köçməsi xəbərinə aydınlıq gətirildi
18 Noyabr 2024 15:35
Baxış sayı:144
Bu xəbər 20 İyul 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















