Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son günlər "Telegram" hesablarını ələ keçirməyin yeni üsulu meydana çıxıb.
Milli.Az-ın məlumatına görə, naməlum şəxslər istifadəçilərə xaricdən nömrə aldıqlarını və həmin nömrəni öyrənmək üçün kömək istədiklərini bildirirlər.
Bildirir ki, bunun üçün istifadəçinin nömrəsinə zəng etməlidir və edilən zəng zamanı zəng edən nömrəni deməsi xahiş olunur.
Məlumata görə, həmin zəngin nömrəsinin son 5 rəqəmi əslində "Telegram" hesabına giriş üçün göndərilən təsdiq kodu olur.
Bu kod qarşı tərəfə deyildiyi anda istifadəçinin "Telegram" hesabı dələduzların nəzarətinə keçir.
Hesab ələ keçirildikdən sonra isə istifadəçinin adından digər insanlara mesajlar göndərilir, saxta linklər paylaşılır, pul istənilir və ya kimlərsə şantaj cəhdləri edilir.
Qeyd edək ki, belə dəlduzluqların qurbanı olmamaq üçün müvafiq qurumlar vətəndaşları tez-tez məlumatlandırır və bu kimi məsələlərdə diqqətli olmağa çağırır.