Icma.az
close
up
RU
Həmin nömrənin son 5 rəqəmi əslində kod imiş İnsanları belə aldadırlar FOTO

Həmin nömrənin son 5 rəqəmi əslində kod imiş İnsanları belə aldadırlar FOTO

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər "Telegram" hesablarını ələ keçirməyin yeni üsulu meydana çıxıb. 

Milli.Az-ın məlumatına görə, naməlum şəxslər istifadəçilərə xaricdən nömrə aldıqlarını və həmin nömrəni öyrənmək üçün kömək istədiklərini bildirirlər. Bildirir ki, bunun üçün istifadəçinin nömrəsinə zəng etməlidir və edilən zəng zamanı zəng edən nömrəni deməsi xahiş olunur.

Məlumata görə, həmin zəngin nömrəsinin son 5 rəqəmi əslində "Telegram" hesabına giriş üçün göndərilən təsdiq kodu olur. Bu kod qarşı tərəfə deyildiyi anda istifadəçinin "Telegram" hesabı dələduzların nəzarətinə keçir.

Hesab ələ keçirildikdən sonra isə istifadəçinin adından digər insanlara mesajlar göndərilir, saxta linklər paylaşılır, pul istənilir və ya kimlərsə şantaj cəhdləri edilir.

Qeyd edək ki, belə dəlduzluqların qurbanı olmamaq üçün müvafiq qurumlar vətəndaşları tez-tez məlumatlandırır və bu kimi məsələlərdə diqqətli olmağa çağırır.

Həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tövsiyə edir ki, "Telegram" və "WhatsApp" hesablarında iki mərhələli təsdiqləmə funksiyasını aktivləşdirsinlər.
"Telegram"da bu funksiyanı aktiv etmək üçün istifadəçi əvvəlcə tətbiqin "Ayarlar" bölməsinə daxil olmalı, daha sonra "Məxfilik və Təhlükəsizlik" hissəsini seçməlidir. Buradan "İki mərhələli təsdiqləmə" bölməsinə keçərək əlavə şifrə təyin etməli və bərpa üçün elektron poçt ünvanı daxil etməlidir. Belə olduğu halda, hesablara giriş təkcə SMS-kod vasitəsilə yox, alternativ kanallarla göndərilmiş OTP kod üzərindən aparılır. Bu isə hesabların ələ keçirilməsi riskini azaldır.
"WhatsApp" tətbiqində isə "Ayarlar" bölməsindən "Hesab" hissəsinə daxil olaraq "İki mərhələli təsdiqləmə" seçilməlidir. Burada altı rəqəmli PIN kod təyin edilir və hesabın təhlükəsizliyi üçün elektron poçt ünvanının əlavə edilməsi tövsiyə olunur. Bu PIN kod vaxtaşırı istifadəçidən sorğulanaraq, hesabın qorunmasını təmin edir.
Bununla belə, ETX məsələnin həlli istiqamətində sözügedən tətbiqlər üzrə rəsmi nümayəndələrlə davamlı müzakirələr aparır.

Mina Mikayılova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Yanvar 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri