Icma.az, Tribuna portalına istinadən məlumat yayır. Tribunainfo.az xəbər verir ki, ötən həftə “Venesiya” şadlıq sarayında kütləvi zəhərlənmə
O da məlumdur ki, bu, ilk hal deyil. İstər Bakıda, istər bölgələrdə toylarda zəhərlənmə faktlarına rast gəlinib.
Əsasən salatdan zəhərlənmə qeydə alınır. Bu isə məhsulların keyfiyyətsizliyini yenidən gündəmə gətirir.
Əslində sahibkar da, qidanı şadlıq saraylarına verənlər də cinayət məsuliyyəti daşıyır. Çünki insan zəhərlənmədən həyatını itirə də bilər.
Halbuki toy sahibi xərc çəkir, şadlıq evinə böyük məbləğdə vəsait ödəyir, həyatında bir dəfə bu şad günü yaşayır, 200-300 qonaq çağırır, nəticədə kütləvi zəhərlənmə qeydə alınır.
Ona görə də iş adamlarının fəaliyyəti, şadlıq saraylarının xidmətinə nəzarət gücləndirilməlidir. Belə halların qarşısını necə almaq olar?
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında deyib: “Əhali bilməlidir ki, şadlıq saraylarında tələbat təklifi üstələyir.
Bu zaman isə mütləq şəkildə keyfiyyətsiz xidmət meydana çıxır.