Icma.az
close
up
RU
“Həmin şadlıq saraylarına toy sifarişi verməyin!” XƏBƏRDARLIQ

“Həmin şadlıq saraylarına toy sifarişi verməyin!” XƏBƏRDARLIQ

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Tribunainfo.az xəbər verir ki, ötən həftə “Venesiya” şadlıq sarayında kütləvi zəhərlənmənin qeydə alınması qida təhlükəsizliyi məsələsini aktuallaşdırıb.

O da məlumdur ki, bu, ilk hal deyil. İstər Bakıda, istər bölgələrdə toylarda zəhərlənmə faktlarına rast gəlinib. Əsasən salatdan zəhərlənmə qeydə alınır. Bu isə məhsulların keyfiyyətsizliyini yenidən gündəmə gətirir.

Əslində sahibkar da, qidanı şadlıq saraylarına verənlər də cinayət məsuliyyəti daşıyır. Çünki insan zəhərlənmədən həyatını itirə də bilər.

Halbuki toy sahibi xərc çəkir, şadlıq evinə böyük məbləğdə vəsait ödəyir, həyatında bir dəfə bu şad günü yaşayır, 200-300 qonaq çağırır, nəticədə kütləvi zəhərlənmə qeydə alınır. Ona görə də iş adamlarının fəaliyyəti, şadlıq saraylarının xidmətinə nəzarət gücləndirilməlidir.

Belə halların qarşısını necə almaq olar?

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında deyib:

“Əhali bilməlidir ki, şadlıq saraylarında tələbat təklifi üstələyir. Bu zaman isə mütləq şəkildə keyfiyyətsiz xidmət meydana çıxır. Sürətlə artan sifarişləri qarşılamaq üçün bir çox obyektlər ya keyfiyyətə nəzarəti zəiflədir, ya da gigiyena və təhlükəsizlik qaydalarını pozurlar. Ona görə də şadlıq saraylarında toy sifariş edən şəxs birinci növbədə həmin obyektin mətbəxini görməlidir. Əgər mətbəxində görsə ki, soyuducuların içində və yaxud başqa yerdə yemək saxlanılır, hazırlanan ərzaqlar açıq şəkildə, lazımi şərait olmadan qorunur, demək ki, orada toy sifarişi vermək qətiyyən məqbul deyil.

Üstəlik, hazırda əksər hallarda şadlıq sarayları ilə müştərilər arasında rəsmi müqavilə bağlanılmır. Nəticədə sifarişin şərtləri, öhdəliklər və məsuliyyət bölgüsü yalnız şifahi şəkildə razılaşdırılır. Sonda verilən pulun da qəbzi təqdim olunmur, bu isə hüquqi mübahisə zamanı vətəndaşın öz hüquqlarını müdafiə etməsini mümkünsüz edir.

Ona görə də Nazirlər Kabineti müəyyən bir müqavilə forması təsdiq etməlidir. Bu müqavilədə həm şadlıq sarayının sahibi və idarəedicisinin, həm də sifariş verənin hüquq və vəzifələri, məsuliyyəti aydın şəkildə göstərilməlidir.

Belə olmadığı halda gigiyenik pozuntuların və qida zəhərlənmələrinin qarşısını almaq mümkün olmayacaq, vətəndaşların sağlamlığı ciddi risk altında qalacaq. Bu məsələ təkcə fərdi keyfiyyətsiz xidmət problemi deyil, həm də ictimai sağlamlıq və istehlakçı hüquqları kontekstində geniş müzakirə olunmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 22 Aprel 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri