Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azərbaycan sülh sazişi ilə bağlı növbəti şərtlər irəli sürməlidir” Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a geniş müsahibə verib.
Millət vəkili Azərbaycan Prezidentinin Çin Xalq Respublikasına səfərindən gözləntilərini bölüşüb, Ermənistanın sülh prosesini pozan davranışları ilə bağlı sensasion təkliflər irəli sürüb, həmçinin İran Prezidentinin ölkəmizə səfəri ilə bağlı açıqlamalar verib.
Müsahibəni təqdim edirik: - Qüdrət bəy, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri ilə bağlı gözləntiləriniz nədən ibarətdir?
Artıq strateji tərəfdaşlığa qaldırılmış ikitərəfli münasibətlərin perspektivini necə görürsünüz?
- Prezidentin Çinə səfəri o baxımdan önəmlidir ki, Çin ABŞ-dan sonra dünyanın ikinci böyük iqtisadi gücü və bizimlə böyük ticari əlaqələri olan strateji tərəfdaşımızdır.
Çox istərdim ki, Çin şirkətləri Azərbaycana böyük investisiya yatırsın və ölkəmizdə orta sahibkarlıq inkişaf etsin.
Hökumət yalnız dövlət şirkətləri vasitəsilə meqalayihələr həyata keçirməklə, enerji satmaqla, yükdaşımalardan pul qazanmaqla xalqı dolandırmaq barədə düşünməsin.