Icma.az
close
up
RU
“Həmin torpaqlar Azərbaycanın nəzarətinə keçməlidir” Qüdrət Həsənquliyevdən SENSASİON AÇIQLAMALAR

“Həmin torpaqlar Azərbaycanın nəzarətinə keçməlidir” Qüdrət Həsənquliyevdən SENSASİON AÇIQLAMALAR

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan sülh sazişi ilə bağlı növbəti şərtlər irəli sürməlidir”

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a geniş müsahibə verib. Millət vəkili Azərbaycan Prezidentinin Çin Xalq Respublikasına səfərindən gözləntilərini bölüşüb, Ermənistanın sülh prosesini pozan davranışları ilə bağlı sensasion təkliflər irəli sürüb, həmçinin İran Prezidentinin ölkəmizə səfəri ilə bağlı açıqlamalar verib. Müsahibəni təqdim edirik:

 - Qüdrət bəy, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri ilə bağlı gözləntiləriniz nədən ibarətdir? Artıq strateji tərəfdaşlığa qaldırılmış ikitərəfli münasibətlərin perspektivini necə görürsünüz?

- Prezidentin Çinə səfəri o baxımdan önəmlidir ki, Çin ABŞ-dan sonra dünyanın ikinci böyük iqtisadi gücü və bizimlə böyük ticari əlaqələri olan strateji tərəfdaşımızdır. Çox istərdim ki, Çin şirkətləri Azərbaycana böyük investisiya yatırsın və ölkəmizdə orta sahibkarlıq inkişaf etsin. Hökumət yalnız dövlət şirkətləri vasitəsilə meqalayihələr həyata keçirməklə, enerji satmaqla, yükdaşımalardan pul qazanmaqla xalqı dolandırmaq barədə düşünməsin. Əslində xalq dövləti saxlamalıdır. Dövlət xalqın verdiyi vergilər hesabına xalqın təhlükəsizliyini təmin edir,vətəndaşların, sahibkarların qanun qarşısında bərabərliyini təmin edir, sosial müdafiəyə ehtiyacı olanlara kömək edir, dövlət aparatı saxlayır. Ona görə ölkəmizdə dövlət müəssisələri özəlləşdirilməli, sahibkarlığa “yaşıl işıq” yandırılmalıdır ki, iqtisadiyyatımız inkişaf etsin,yeni iş yerləri açılsın. Bizim 38 milyardlıq büdcə gəlirlərinin təqribən 14,5 milyardı Neft Fondundan transfertdir. Üstəgəl, neft şirkətləri və onlarla əlaqəli şirkətlər nə qədər vergi ödəyir. Ona görə də qeyri-neft sektorunu sürətlə inkişaf etdirməliyik. Bizdə qeyri-neft sektorunun həcmi kiçikdir deyə, orada, məsələn, 5-7 faizlik artım iqtisadiyyatın böyüməsi baxımından elə də əhəmiyyətli deyil. Gərək çoxsaylı istehsal və emal müəssisələri yaradaq ki, gənclər, xüsusilə istedadlı gənclər ölkəni tərk etməsinlər, büdcə gəlirləri artsın ki, sosial xərcləri artıra bilək, dövlət elm və təhsilə, səhiyyəyə daha çox pul ayıra bilsin. Prezidentin Çin səfərində müəyyən sənədlər imzalanacaq və bəzi razılaşmalar var ki, Çin şirkətləri tərəfindən ölkəmizə investisiyalar qoyulsun. İqtisadiyyatın böyüməsi həm də bürokratiyanın kiçildilməsi ilə əlaqəlidir. Çalışmaq lazımdır ki, təkcə Çin yox, Qərb ölkələri də, qonşu ölkələr də ölkəmizə investisiya qoysunlar, turizm inkişaf eləsin. Çinlə əməkdaşlığımızın inkişaf etməsi təkcə iqtisadi məsələ deyil, həm də bizim təhlükəsizliyimizə əlavə təminatdır. Otəhlükəsizliyimizə əlavə təminatdır. O baxımdan mən Prezidentin bu səfərini çox yüksək qiymətləndirirəm. Çinlə əməkdaşlığın yüksələn xətlə inkişafı sevindiricidir və təqdir olunmalıdır.

- Bu səfərdə Avropa ilə Asiya arasında mühüm həlqə olan Zəngəzur dəhlizinin açılması ilə bağlı ən yüksək səviyyədə anlaşma və Pekinin Ermənistana təsirlərinin artırılması gözləniləndirmi? Sizcə, İrəvanda reallığı anlayacaqlarmı?

- Fikrimcə, bizim əlaqələrin genişlənməsi ona gətirəcək və gətirməlidir ki, Ermənistan yolun açılmasına maneçiliyin onun özünün həyati mənafelərinə cavab vermədiyini başa düşsün. Kommunikasiya xətləri açılmadan, Azərbaycanla bağlı dost siyasəti Fikrimcə, bizim əlaqələrin genişlənməsi ona gətirəcək və gətirməlidir ki, Ermənistan yolun açılmasına maneçiliyin onun özünün həyati mənafelərinə cavab vermədiyini başa düşsün. Kommunikasiya xətləri açılmadan, Azərbaycanla bağlı dost siyasəti yürütmədən, iqtisadi, mənədi, humanitar əlaqələr qurmadan Ermənistanın inkişafı çətin olacaq. Ona görə Ermənistan Azərbaycanla münasibətləri tənzimləməlidir. Biz regionun aparıcı dövlətiyik, burada bizsiz inkişaf etmək qeyri-mümkündür. Gürcüstanın siyasətinə baxın. Gürcüstan Azərbaycana münasibətdə kifayət qədər ağıllı siyasət yürüdür. Bizimlə dostluq siyasəti aparır, Azərbaycanın aparıcı rolunu etiraf edir, bunu hər zaman vurğulayır. Biz qarşılıqlı şəkildə bu əməkdaşlıqdan faydalanırıq. Ermənistan da bu yolu seçməlidir. Paşinyan yenə də hansısa təzyiqlər nəticəsində Zəngəzur dəhlizinin açılmasına mane olsa - mən bunu məhz sizin qəzetə müsahibələrimdə söyləmişdim, hətta sonra bəzi nadürüst insanlar xaricdəki internet TV-lər üzərindən başladılar ki,Qüdrət Həsənquliyev deyir Zəngəzuru işğal edək, verək Rusiyaya. Halbuki mən orada demişdim ki, Ermənistan üçtərəfli sazişin şərtlərinə əməl etməsə, Azərbaycan güc tətbiq etməklə Naxçıvana gediş-gəlişi təmin etməlidir, sonra da üçtərəfli sazişə uyğun olaraq həmin yola nəzarət Rusiyaya həvalə olunmalıdır. Yəni artıq Rusiya təminat verəcək ki, bəli, biz dəhlizin təhlükəsizliyini öz üzərimizə götürürük. Bununla da göstərməliyik ki, biz Ermənistanın torpaqlarını işğal etmək fikrindən çox uzağıq, amma müqavilənin şərtlərini yerinə yetiririk. Mən hesab edirəm ki, Ermənistan Konstitusiyasını dəyişməyi yubatsa, növbəti mərhələdə Azərbaycan bu addımı atmalıdır.Nikol Paşinyan sülh müqaviləsini imzalamağa hazır olduğunu desə də, konstitusiyanın dəyişdirilməsi barədə tələbə əməl etməyə tələsmir və referendumla bağlı söz oyunları ilə məşğuldur. Ermənistan rəhbərliyinin davranışlarını necə qiymətləndirmək olar?

- Son vaxtlar Paşinyan daha konstruktiv olmağa başlayıb. Bəyan edir ki, Ermənistan Konstitusiyası xalqın iradəsi ilə qəbul olunmayıb, ona görə də xalq konstitusiyaya güvənmir, inanmır. Bu səbəbdən dövlət, hakimiyyət orqanları ilə xalq arasında bir uçurum var və sair. Düşünürəm ki, Paşinyanın Qərbdən ona ciddi dəstək veriləcəyi ilə bağlı böyük gözləntiləri var idi, o gözləntiləri puç olur, o cümlədən ABŞ-dan. Trampın ətrafındakı ermənipərəst mövqeyi ilə seçilən, yüksək dövlət postlarını tutan adamların ABŞ Prezidentinin siyasətinə təsir edəcəkləri barədə gözləntiləri də özünü doğrultmadı. Həm də ümid edirdilər ki, Ukrayna savaşı Rusiyanın məğlubiyyəti ilə bitəcək və bu da Rusiyada hakimiyyət dəyişikliyinə səbəb olacaq, qərbyönümlü Rusiya hakimiyyəti Birinci Qarabağir uçurum var və sair. Düşünürəm ki, Paşinyanın Qərbdən ona ciddi dəstək veriləcəyi ilə bağlı böyük gözləntiləri var idi, o gözləntiləri puç olur, o cümlədən ABŞ-dan. Trampın ətrafındakı ermənipərəst mövqeyi ilə seçilən, yüksək dövlət postlarını tutan adamların ABŞ Prezidentinin siyasətinə təsir edəcəkləri barədə gözləntiləri də özünü doğrultmadı. Həm də ümid edirdilər ki, Ukrayna savaşı Rusiyanın məğlubiyyəti ilə bitəcək və bu da Rusiyada hakimiyyət dəyişikliyinə səbəb olacaq, qərbyönümlü Rusiya hakimiyyəti Birinci Qarabağ savaşında olduğu kimi, Ermənistanı müdafiə edəcək. İndi baxır ki, yox, əslində Ukrayna çox böyük ərazi güzəştlərinə getməklə sülhə razıdır və onun bu ümidləri də puç oldu. Ermənilər haqqında deyirlər ki, bunlar Hindistandan gəlmiş qaraçı tayfalardır. Görünür, Hindistanın Ermənistanı silahlandırması təkcə bizim Pakistanla olan münasibətə görə deyil, həm də yəqin elə hindistanlıların da müəyyən hissəsi belə düşünür. Amma ermənilər yavaş-yavaş başa düşməyə başlayıblar ki, qonşularla münasibətlər qurmadan bu regionda inkişaf etmək, dövlətçiliyi möhkəmləndirmək çox çətin bir iş olacaq. Rusiyanı iqnor siyasəti Ermənistana heç nə verməyəcək. O cümlədən bu, Ermənistanla Azərbaycan arasında sülhü də çətinləşdirir. Rusiyadan incikdirlər ki, niyə bunların işğalçılıq siyasətini sona qədər müdafiə etməyib. Bunlar hesab edirdilər ki, Rusiya da bunlarla bərabər bəşəri cinayətə şərik olmalıdır və axıra qədər Ermənistanın işğalçılıq siyasətini dəstəkləməlidir, Ermənistan ərazilərini Azərbaycan hesabına daha da böyütməliymiş. Gələcəkdə Gürcüstanın Cavaxetiya bölgəsini də işğal edəcəklərini planlaşdırırdılar. Biz erməni faşizmini məhv etməklə gürcüləri də yeni müharibədən xilas etdik.O cümlədən bu, Ermənistanla Azərbaycan arasında sülhü də çətinləşdirir. Rusiyadan incikdirlər ki, niyə bunların işğalçılıq siyasətini sona qədər müdafiə etməyib. Bunlar hesab edirdilər ki, Rusiya da bunlarla bərabər bəşəri cinayətə şərik olmalıdır və axıra qədər Ermənistanın işğalçılıq siyasətini dəstəkləməlidir, Ermənistan ərazilərini Azərbaycan hesabına daha da böyütməliymiş. Gələcəkdə Gürcüstanın Cavaxetiya bölgəsini də işğal edəcəklərini planlaşdırırdılar. Biz erməni faşizmini məhv etməklə gürcüləri də yeni müharibədən xilas etdik.

- Üçtərəfli bəyanatdan artıq 5 il keçir, amma Ermənistan hələ sonuncu bəndi də icra etməyib. Sizcə, rəsmi Bakı nə vaxta kimi səbr etməlidir?

- Sizə müsahibəmdə ilk dəfə deyirəm: sülh sazişi yubansa, Azərbaycan yeni şərtlər irəli sürməlidir. Birinci, biz barışıq olsun deyə çox yüngül tələblər irəli sürdük. İndi tələbetməliyik ki, Paşinyan Ermənistan dövləti adından Azərbaycan xalqından rəsmi qydada üzr istəməlidir, necə ki, faşist Almaniyasının cinayətlərinə görə yeni hökumət bunu etmişdi. İkinci şərt bundan ibarət olmalıdır ki, Ermənistan törətdiyi bəşəri cinayətlərə görə mütləq kompensasiya ödəməlidir. Azərbaycan hesablamışdı ki, vurulmuş zərərin həcmi təqribən 150 milyard dollardır, bu rəqəm dəqiqləşdirilə bilər. Həm ekologiyaya vurduqları ziyana, dağıtdıqları şəhər və kəndlərə görə. Baxın, Azərbaycan o evlərin bərpa olunmasına görə indiyədək 16 milyard xərcləyib. Hələ görün bundan sonra nə qədər vəsait xərclənməlidir. Ermənistan kompensasiyanı ödəyə bilməyəcəyi təqdirdə, artıq Azərbaycan torpaq tələbini irəli sürə bilər. Dediyim Zəngəzur dəhlizini ki nəzarətə götürəcək, Azərbaycan bəyan edə bilər ki, kompensasiya ödənilməyəcəyi halda, mən buradan çıxmayacağam. Yəni borc qarşılığında həmin torpaqlar Azərbaycanın nəzarətinə keçməlidir. Bu barədə biz artıq indidən açıq danışmağa başlamalıyıq ki, Ermənistan bilsin, sülh sazişini imzalamağı uzatsa, qarşıda onu nə gözləyir. Ermənistan təcavüzkar, öz öhdəliklərinə əməl etməyənölkədir. Ona görə də Azərbaycanın Zəngəzur dəhlizini güc tətbiq etməklə açmaq hüququ var. Ermənistan silahlanmaya sərf etdiyi o milyardları Azərbaycanın qaçqın və məcburi köçkünlərinə verməlidir. Onlar yenə də bizim insanlıq duyğularımızdan, humanizmimizdən namərdcəsinə sui-istifadə edirlər. Ermənistanla bağlı artıq qeyd etdiyim tələblər açıq formada beynəlxalq birliyin diqqətinə çatdırılmalıdır.

- Qüdrət bəy, aprelin 28-də İran Prezidenti Məsud Pezeşkian 120 nəfərlik heyətlə Azərbaycana səfər edəcək. Bu, həm Ermənistanla münasibətlərimizə Tehranın təsiri, Zəngəzur dəhlizinin reallaşması, həmçinin Azərbaycan-İran münasibətlərinin perspektivləri baxımından da əhəmiyyətli hesab olunur. Sizin azərbaycanlı prezidentin səfərindən gözləntiləriniz nədir?

- Xoş gəlir, səfa gətirir. Mən demişdim ki, onu ən yüksək səviyyədə qarşılamalıyıq, azərbaycanlı dövlət başçısı kimi. Mən həmişə deyirəm ki, İran həm də türk dövlətidir. İranın əhalisinin yarısı Azərbaycan türküdürsə, demək, türk dövlətidir. Əlbəttə, siyasi hakimiyyət farsların əlindədir, prezident geniş səlahiyyətlərə malik deyil. Xatırlayırsınızsa, Pezeşkian seçiləndə mən demişdim ki, bu, İran üçün bəlkə də son şansdır ki, İranda proseslər necə gedəcək. Qanlı inqilabla, yoxsa bu ölkə yuxarıdan islahatlarla dəyişəcək? Pezeşkian islahatları həyata keçirmək gücündə olan və bunu istəyən adamdır. Bu şəxs ABŞ ilə danışıqlar tərəfdarıdır. Bildirmişdi ki, mən ABŞ ilə danışıqlar tərəfdarıyam, amma dini lider bunu istəmədiyinə görə, biz də onun mövqeyini müdafiə etməliyik. O zaman mən müsahibəmdə demişdim ki, ali dini liderin borcu xalqın səs verdiyi Prezidenti dəstəkləmək olmalıdır. Həmçinin nəticəsiəvvəlcədən bəlli olan qeyri-bərabər döyüşə girmək qəhrəmanlıq sayılmaz. Yaxşı ki, müdriklik çatdı, Pezeşkiana Amerika ilə danışıqlar aparmaq üçün “yaşıl işıq” yandırıldı. Düzdür, burada ABŞ-ın güc tətbiqi hədəsi, təhdidi də öz rolunu oynadı. Amma doğru olan odur ki, oturub danışmaq lazımdır. Haqlını müdafiə edəcək güc ortada yoxdursa, o zaman kimin haqlı olması önəmli deyil. Əsas odur ki, qarşı tərəflə anlaşasan, səndən güclü tərəf güc tətbiq etməsin.

İran başa düşməlidir ki, orada formalaşmış türkəfobiya, Türkiyə və Azərbaycana olan nifrət, bu ölkələrdən özlərinə təhlükə, təhdid gözləmək çox yanlış siyasətdir, bu siyasətdən imtina olunmalıdır. Azərbaycanla dostluq, qardaşlıq siyasəti yürüdülməlidir. Biz eyni dinə mənsubuq, keçmişimiz eynidir, eyni milli-mənəvi dəyərləri bölüşürük. Bunu İranda nə qədər tez anlasalar, bir o qədər ümumi işin xeyrinə olar, xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayar. İrandakı azərbaycanlıların milli kimliklərinə hörmət qoyulsa, milli hüquqları tanınsa, siyasi coğrafiya öz əhəmiyyətini itirəcək. Azərbaycanlılar orada bərabərhüquqlu xalq kimi yaşamalıdır. Bu olmasa, o zaman farslar ayrılıb, öz dövlətlərini qura bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Aprel 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see144

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see138

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see135

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see130

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see130

Dəyişikliklər bu BÜRCLƏRİN qapısını döyəcək: Həftə sonu şanslı bilet vəd edilənlər kimlərdir?

05 Sentyabr 2025 18:30see130

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see129

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see129

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see128

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see125

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see124

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see124

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see123

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see123

2040 cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU ya yüksələcək

05 Sentyabr 2025 17:54see121

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see120

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see120

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see119

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see119

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri