Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Göyçay rayonunda 1999-cu il təvəllüdlü Ramil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerliləri – Əhməd və Vüsala (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin dekabrın 8-də baş verib. Ramil həmin gün saat 19:30-da adları istintaqla araşdırılan tanışları ilə birlikdə Göyçay şəhəri, H.Əliyev prospektində, “ES Club” oyun zalının qarşısında Əhməd və Vüsalın ona uca səslə söyüş söyməsinə görə irad bildirməsini bəhanə edib. O, hər iki şəxsin üzərinə hücum edib, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə birlikdə yumruq və təpiklə Əhmədin bədəninin müxtəlif nahiyyələrindən vurub. Ramil əlindəki istintaqa məlum olmayan dəmir materiallı əşya ilə Vüsala zərbə yetirib.
Hadisəni törədən Ramilin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törətmə, zor tətbiqi və əmlaka zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə ifadə verən Ramil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, mübahisə etdiyi şəxslərlə əvvəllər heç bir münasibəti, eləcə də ədavət və ya düşmənçiliyi olmayıb: “Hadisə baş verən günü, axşam saatlarında radələrində “ES Club” oyun zalının qarşısında telefonla bir şəxslə danışdım. Həmin vaxt zarafatla həmin şəxsin ünvanına söyüş söydüm. Lakin səsim elə də yüksək çıxmadı. Həmin vaxt yanımda tanışım və “ES Club”da işləyən “Qoqi” kimi tanıdığım, adını sonradan öyrəndiyim Qüdrət adlı şəxs də olub. Təxminən bizdən 5 metr aralıda dayanan 4 nəfərdən biri üzünü bizə tutaraq, mənə söyüş söyməməyimi bildirdi. Mən də həmin şəxsə telefonla danışdığımı, ona söymədiyimi və onunla heç bir əlaqəm olmadığını bildirdim. Bu zaman yanında olan dostum şəxslərə heç bir söz-söhbətə ehtiyac olmadığını bildirdilər. Buna baxmayaraq həmin şəxslərin mənə ünvanladıqları söyüşə cavab olaraq, orada olan fontanın bünövrə daşının üzərinə çıxaraq həmin şəxslərə tərəf yaxınlaşdım. Yenidən onlara telefonla danışdığımı, kənardan heç kimin keçmədiyini açıqladım. Bu zaman həmin şəxslərdan biri, yəni Əhməd gödəkcəsini çıxardaraq ünvanıma nalayiq ifadələr işlətdi, üzərimə gəlməyə başladı. Ardınca Ağaların qardaşı da yenə də ünvanıma söyüş söydü. Nəticədə, mən və dostlarım ilə həmin 4 nəfər arasında dava-dalaş baş verdi. Dava-dalaş zamanı biri-birimizə yumruq və təpiklə zərbələr endirdik”.
Göyçay Rayon Məhkəməsinin hökmü ilə Ramil 1 il 2 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsə cəza çəkmə müddəti ərzində hər gün axşam saat 21:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Göyçay rayonu ərazisini tərk etməsi qadağan edilib.
Bundan başqa, bu müddətdə ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəli tapşırılıb.
Bundan əlavə ona cəzaçəkmə müddəti ərzində kütləvi tədbirlərdə iştirak etmək məhdudiyyəti qoyulub. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını tələb edib.
Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının protesti qismən təmin edilib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəza təyin edilib.
Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli qərarının 2.6-cı bəndi tətbiq edilib və təqsirləndirilən şəxs təyin olunmuş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin dekabrın 8-də baş verib. Ramil həmin gün saat 19:30-da adları istintaqla araşdırılan tanışları ilə birlikdə Göyçay şəhəri, H.Əliyev prospektində, “ES Club” oyun zalının qarşısında Əhməd və Vüsalın ona uca səslə söyüş söyməsinə görə irad bildirməsini bəhanə edib. O, hər iki şəxsin üzərinə hücum edib, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə birlikdə yumruq və təpiklə Əhmədin bədəninin müxtəlif nahiyyələrindən vurub. Ramil əlindəki istintaqa məlum olmayan dəmir materiallı əşya ilə Vüsala zərbə yetirib.