Icma.az
close
up
RU
Həmin vaxt Qoqi də yanımda olub PS clubda dava düşdü

Həmin vaxt Qoqi də yanımda olub PS clubda dava düşdü

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Göyçay rayonunda 1999-cu il təvəllüdlü Ramil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerliləri – Əhməd və Vüsala (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin dekabrın 8-də baş verib. Ramil həmin gün saat 19:30-da adları istintaqla araşdırılan tanışları ilə birlikdə Göyçay şəhəri, H.Əliyev prospektində, “ES Club” oyun zalının qarşısında Əhməd və Vüsalın ona uca səslə söyüş söyməsinə görə irad bildirməsini bəhanə edib. O, hər iki şəxsin üzərinə hücum edib, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə birlikdə yumruq və təpiklə Əhmədin bədəninin müxtəlif nahiyyələrindən vurub. Ramil əlindəki istintaqa məlum olmayan dəmir materiallı əşya ilə Vüsala zərbə yetirib. 
Hadisəni törədən Ramilin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törətmə, zor tətbiqi və əmlaka zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə ifadə verən Ramil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, mübahisə etdiyi şəxslərlə əvvəllər heç bir münasibəti, eləcə də ədavət və ya düşmənçiliyi olmayıb: “Hadisə baş verən günü, axşam saatlarında radələrində “ES Club” oyun zalının qarşısında telefonla bir şəxslə danışdım. Həmin vaxt zarafatla həmin şəxsin ünvanına söyüş söydüm. Lakin səsim elə də yüksək çıxmadı. Həmin vaxt yanımda tanışım və “ES Club”da işləyən “Qoqi” kimi tanıdığım, adını sonradan öyrəndiyim Qüdrət adlı şəxs də olub. Təxminən bizdən 5 metr aralıda dayanan 4 nəfərdən biri üzünü bizə tutaraq, mənə söyüş söyməməyimi bildirdi. Mən də həmin şəxsə telefonla danışdığımı, ona söymədiyimi və onunla heç bir əlaqəm olmadığını bildirdim. Bu zaman yanında olan dostum şəxslərə heç bir söz-söhbətə ehtiyac olmadığını bildirdilər. Buna baxmayaraq həmin şəxslərin mənə ünvanladıqları söyüşə cavab olaraq, orada olan fontanın bünövrə daşının üzərinə çıxaraq həmin şəxslərə tərəf yaxınlaşdım. Yenidən onlara telefonla danışdığımı, kənardan heç kimin keçmədiyini açıqladım. Bu zaman həmin şəxslərdan biri, yəni Əhməd gödəkcəsini çıxardaraq ünvanıma nalayiq ifadələr işlətdi, üzərimə gəlməyə başladı. Ardınca Ağaların qardaşı da yenə də ünvanıma söyüş söydü. Nəticədə, mən və dostlarım ilə həmin 4 nəfər arasında dava-dalaş baş verdi. Dava-dalaş zamanı biri-birimizə yumruq və təpiklə zərbələr endirdik”. 
Göyçay Rayon Məhkəməsinin hökmü ilə Ramil 1 il 2 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsə cəza çəkmə müddəti ərzində hər gün axşam saat 21:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Göyçay rayonu ərazisini tərk etməsi qadağan edilib. 
Bundan başqa, bu müddətdə ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəli tapşırılıb. 
Bundan əlavə ona cəzaçəkmə müddəti ərzində kütləvi tədbirlərdə iştirak etmək məhdudiyyəti qoyulub. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını tələb edib. 
Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının protesti qismən təmin edilib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəza təyin edilib. 
Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli qərarının 2.6-cı bəndi tətbiq edilib və təqsirləndirilən şəxs təyin olunmuş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Fevral 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri