Həmrəylik nümayişi, həm də bir xalq olaraq şərəfli missiyamızdır | Icma.az
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Həyatda obrazlar müxtəlifdir.Müsbət obrazlar istər filmdə, istərsə də həyatda həmişə sevilən obrazlardır.
Mənfi obrazlar isə əksər hallarda cəmiyyət tərəfindən qəbul edilmir. Simvolik obrazlar da mövcuddur — onlar ideyanı təcəssüm etdirirlər.
Əgər bu obraz müsbətdirsə, sevilir; mənfidirsə, rəğbət görmür.Müsbət obrazlarda adətən elm, ziyalılıq, vətənpərvərlik, qəhrəmanlıq və bu kimi digər müsbət xüsusiyyətlər olur.2020-ci ildən etibarən hakimiyyət öz müsbət xarakterini açıq şəkildə ortaya qoydu.O vaxta qədər bu xarakteri yalnız bilənlər bilir, görənlər görürdü.
Sanki dövlət illərdir hazırladığı ssenarinin təqdimatına məhz həmin tarixdən başladı.
Xüsusilə Qarabağla bağlı qurulan ssenari bütün cəmiyyət tərəfindən dəstəkləndi.İnsanlarımız bir amal uğrunda birləşdi.
Bu vətənpərvərlik ruhunda yazılmış ssenarinin arxasında duran və onun siyasi mahiyyətini formalaşdıran İlham Əliyevi xalqımız ürəkdən dəstəklədi.Biz – siyasi və ictimai şəxslər, müsbət enerji ilə yaşamağı bacaran, şükranlıq hissi ilə dolu, optimist düşüncəyə malik, özünü və başqalarını motivasiya edən,ətrafına ruh verən insanlarıq.Birmənalı olaraq, bu prosesdə cənab İlham Əliyevi dəstəkləmişik.Mahatma Qandinin gözəl bir fikri var:“Həyat güzgüdür – sən ona gülümsəsən, o da sənə gülümsəyər.” Böyük siyasətə start verən, torpaq və vətən üçün strateji siyasi ssenari yazan,qarşısına aydın məqsədlər qoyan, pozitiv düşünən,haqqın anatomiyasını özündə cəmləşdirən bir liderin –İlham Əliyevin atdığı addımlar,bizi həyatın güzgüsünə gülümsəməyə gətirib çıxardı.
Hazırda Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır.
Tam oxu
Xəbəri oxu