Icma.az
close
up
RU
Həmrəylik nümayişi, həm də bir xalq olaraq şərəfli missiyamızdır

Həmrəylik nümayişi, həm də bir xalq olaraq şərəfli missiyamızdır

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Həyatda obrazlar müxtəlifdir.
Müsbət obrazlar istər filmdə, istərsə də həyatda həmişə sevilən obrazlardır. Mənfi obrazlar isə əksər hallarda cəmiyyət tərəfindən qəbul edilmir. Simvolik obrazlar da mövcuddur — onlar ideyanı təcəssüm etdirirlər. Əgər bu obraz müsbətdirsə, sevilir; mənfidirsə, rəğbət görmür.
Müsbət obrazlarda adətən elm, ziyalılıq, vətənpərvərlik, qəhrəmanlıq və bu kimi digər müsbət xüsusiyyətlər olur.
2020-ci ildən etibarən hakimiyyət öz müsbət xarakterini açıq şəkildə ortaya qoydu.
O vaxta qədər bu xarakteri yalnız bilənlər bilir, görənlər görürdü. Sanki dövlət illərdir hazırladığı ssenarinin təqdimatına məhz həmin tarixdən başladı. Xüsusilə Qarabağla bağlı qurulan ssenari bütün cəmiyyət tərəfindən dəstəkləndi.
İnsanlarımız bir amal uğrunda birləşdi. Bu vətənpərvərlik ruhunda yazılmış ssenarinin arxasında duran və onun siyasi mahiyyətini formalaşdıran İlham Əliyevi xalqımız ürəkdən dəstəklədi.
Biz – siyasi və ictimai şəxslər, müsbət enerji ilə yaşamağı bacaran, şükranlıq hissi ilə dolu, optimist düşüncəyə malik, özünü və başqalarını motivasiya edən,ətrafına ruh verən insanlarıq.Birmənalı olaraq, bu prosesdə cənab İlham Əliyevi dəstəkləmişik.
Mahatma Qandinin gözəl bir fikri var:
“Həyat güzgüdür – sən ona gülümsəsən, o da sənə gülümsəyər.” Böyük siyasətə start verən, torpaq və vətən üçün strateji siyasi ssenari yazan,qarşısına aydın məqsədlər qoyan, pozitiv düşünən,haqqın anatomiyasını özündə cəmləşdirən bir liderin –İlham Əliyevin atdığı addımlar,bizi həyatın güzgüsünə gülümsəməyə gətirib çıxardı.
Hazırda Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Yeni şəhərlərin salınması zərurəti, iqtisadi zonaların yaradılması, milyardlarla dəyərində investisiyaların qoyulması və bu sərmayələr nəticəsində istehsal olunan məhsulların 70-dən çox ölkəyə ixrac olunması — bütün bu uğurlar bizi ədalətsiz dünyanın acımasız qərarları qarşısında belə gülümsəməyə vadar edir. Çünki biz torpağımıza, el-obamıza bağlı, vətənimizi sevən, müsbət xarakterli siyasi obrazları müdafiə edən sağlam təfəkkür sahibləriyik.
Qələbə səfərləri çərçivəsində görülən işlərlə yerində tanış olmağımız bizə eyni zamanda bu reallıqları ictimaiyyətə düzgün və obyektiv şəkildə çatdırmaq imkanı verir. Çünki səfərdə iştirak edən şəxslər, ictimai rəyə təsir imkanına malik olan insanlardır. Obyektiv və dəqiq məlumatı çatdırmaq üçün isə hadisələrin birbaşa iştirakçısı olmaq olduqca vacibdir.
Bəli, biz dünən görülən və gələcəkdə görüləcək işlərlə yaxından tanış olduq. Füzuli, Cəbrayıl, Zəngilan... Bundan əvvəl Laçın, ondan öncə Xocalı, Xankəndi, Hadrut və Əsgəranda aparılan bərpa və yenidənqurma işləri, sivilizasiyanın izləri, müasir standartlara uyğun istehsal sahələri ilə tanış olduq.
Bütün bunları gördükdə, vaxtında düzgün və müdrik şəkildə qurulmuş Vətən strategiyasının, milli ideologiya ssenarisinin, diplomatik uğurlarla reallığa çevrilməsini təmin edən şəxsiyyətlərə qarşı minnətdarlıq hissi ilə yanaşmamaq mümkün deyil. Riyakarlıq və xəyanətkar obrazlarla yaşayan siyasi “klonlar” – çünki onlar öz iradələri ilə yox, başqalarının təsiri ilə hərəkət edirlər bu müsbət tendensiyaları nə görə bilir, nə də qəbul edə bilirlər. Onlar Qələbəmizi həzm edə bilmir, heç vaxt müsbət düşünə bilmirlər. Amma biz xalq olaraq, millət olaraq Qarabağa, vətənimizə qürurla qayıdırıq.
Bu dönüş, fundamental siyasi düşüncənin, uzaqgörənliyin və sistemli şəkildə qurulan “Böyük Qayıdış” proqramının nəticəsidir. O torpaqlarda bizim şəhidlərimizin qanı axıb. Biz o müqəddəs ruhları şad etmək, ora köç edən insanlara stimul vermək, adaptasiya dövründə onların yanında olmaq, qazilərimizin ruhunu ucaldaraq onlara dəstək göstərmək üçün o torpaqlara səfər edirik.
Bu, həm həmrəylik nümayişi, həm də bir xalq olaraq şərəfli missiyamızdır.
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 İyun 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri